Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək | 19:21 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı | 19:05 Şəmkir-Gədəbəy yolunda qəza: Xəsarət alanlar var |
Mojo.az Avto
Mojo.az Avto

Paris-2024 Yay Olimpiya Oyunlarında zədələnən Sənan Süleymanovun son durumu bilinib

15.08.2024 16:30 1 842
Paris-2024 Yay Olimpiya Oyunlarında zədələnən Sənan Süleymanovun son durumu bilinib
Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında zədəyə görə tam gücü ilə mübarizə apara bilməyən Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanovun (77 kq) son durumu bəlli olub.

"Report" xəbər verir ki, bununla bağlı Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmətinin rəhbəri Sərxan Musayev açıqlama verib.

"Əzələ siniri ölüb. Ağrıların tam keçməsi üçün zamana ehtiyac var. Səhv etmirəmsə, əməliyyat etdirmək fikri də yoxdur. Sadəcə, müəyyən zaman çərçivəsində bərpa prosesi gözlənilir. Hələlik dincəlir. İnanmıram ki, bu il hansısa yarışa qatılsın", - deyə federasiya rəsmisi bildirib.

Qeyd edək ki, Sənan Süleymanov Paris-2024-də yarımfinalda və bürünc medal uğrunda görüşdə məğlub olub. Güləşçi olimpiadadan öncə təlim-məşq toplanışında ayağından zədə almışdı.

Son xəbərlər