Mojo.az Banner
20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |     18:43 Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru  |     18:37 Qanunsuz saxlanılan 16 tüfəng aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Paris-2024: Taekvondoçumuz mübarizəyə başlayır, güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq

07.08.2024 12:20 1 554
Paris-2024: Taekvondoçumuz mübarizəyə başlayır, güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq
Bu gün Azərbaycanın daha dörd təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.

İlk olaraq taekvondoçu Qaşım Maqomedov dayanq üzərinə çıxacaq.

58 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolleyin müqavimətini qırmağa çalışacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 11:46-da start götürəcək.

Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) yarışa qoşulacaq. Görüşlər saat 13:00-da başlayacaq. Onlar 1/8 final mərhələsində müvafiq olaraq Məhəmməd Əs-Sayed (Misir) və David Loşontsi (Macarıstan) ilə üz-üzə gələcək.

Ölkəmizi yunan-Roma güləşində təmsil edən digər idmançımız Sənan Süleymanov isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. 77 kq çəki dərəcəsində yer alan Sənanın rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək. Süleymanovun bürünc medal uğrundakı qarşılaşması Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.скачать dle 11.3
Mojo.az Banner