Mojo.az Banner
17:18 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı  |     17:01 Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı  |     17:00 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar  |     16:58 Azərbaycanda mal əti bahalaşdı  |     16:40 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq  |     16:39 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video  |     16:38 Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - Video  |     16:35 Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək  |     16:34 Ağır qəzada ölən şəxs hərbçi imiş - FOTO  |     16:31 Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü  |     16:29 Dənizdə batan tələbələrin fotoları (Yenilənib)  |     16:25 Bakıda kirayə evlərin sayı azalır: Qiymətlər daha da qalxacaq?  |     16:12 Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - Video  |     15:58 Bakının milyonçu qardaşlarının sərvətləri özlərinə qaldı: Gözlənilməz hökm  |     14:10 Neftimiz kəskin ucuzlaşıb  |     14:01 Sumqayıtda gecələr qaz niyə gur gəlir? – Mütəxəssisdən ciddi xəbərdarlıq  |     13:48 Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı  |     13:28 Sentyabrda dənizə girmək təhlükəlidir? - AÇIQLAMA  |     13:22 Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələb olunacaq - Video  |     13:20 İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər (Video)  |    
Mojo.az Avto
Mojo.az Avto

Husilər Yəməndə BMT-nin İnsan Hüquqları İdarəsinin ofisini ələ keçiriblər

13.08.2024 16:37 1 368
Husilər Yəməndə BMT-nin İnsan Hüquqları İdarəsinin ofisini ələ keçiriblər
Husi qüvvələri Yəmənin paytaxtı Sənada BMT-nin Ali İnsan Hüquqları Komissarlığının (AİHK) ofisini nəzarətə götürüblər.

Bu barədə AİHK-nın rəhbəri Folker Türkün bəyanatına istinadən "RIA Novosti" xəbər verir.

Hücum zamanı ofisdə olan sənədlər və nəqliyyat vasitələri müsadirə edilib.

Folker Türkün sözlərinə görə, bu hadisə BMT-nin imtiyaz və immunitetlərinə tamamilə ziddir və BMT-nin öz mandatını, o cümlədən insan hüquqlarına nəzarət sahəsində yerinə yetirmək qabiliyyətinə ciddi hücumdur.

Hadisə avqustun 3-də baş versə də, bəyanat yalnız indi verilib. AİHK-nın rəhbəri hücum edənlərdən BMT missiyasının binalarını boşaltmağı və bütün əmlakı qaytarmağı tələb edib.

Xatırladaq ki, Yəmən 2014-cü ildən bəri vətəndaş müharibəsi ilə üzləşir. Ölkənin şimalında Husi qüvvələri hökumətə qarşı mübarizə aparır. BMT-nin məlumatına görə, münaqişə nəticəsində 377 min insan həlak olub, milyonlarla insan humanitar yardıma ehtiyac duyur. Beynəlxalq ictimaiyyət tərəfləri sülh danışıqlarına çağırsa da, vəziyyət gərgin olaraq qalır.скачать dle 11.3
Mojo.az Banner