Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Zambiya Konqo ilə sərhədini bağlayıb

12.08.2024 19:04 1 326
Zambiya Konqo ilə sərhədini bağlayıb
Zambiya Konqo Demokratik Respublikası ilə sərhədini müvəqqəti bağlayıb.

“Report” ZNBC telekanalına istinadən xəbər verir ki, bu barədə Zambiyanın ticarət və sənaye naziri Çipoka Mulenqa bildirib.

"Hazırda ehtiyat tədbirləri görməyə və sərhədi bağlamağa qərar verdik", - nazir deyib.

"Sərhəddə yük maşınlarının yığılmağa başladığı bir vəziyyətdə ola bilərik", - o əlavə edib.

Nazir sərhədin bağlanmasının səbəbini və yenidən açıla biləcəyi vaxtı açıqlamayıb.

Öz növbəsində, Konqonun “Okapi” radiostansiyası Yuxarı Katanga əyalətinin səlahiyyətlilərinə istinad edərək, Zambiyanın Konqo səlahiyyətlilərinin qonşu ölkədən pivə, alkoqolsuz içkilər və saxsı məhsulların idxalını qadağan etmək qərarına cavab olaraq sərhədi bağladığını bildirib. Qadağa yalnız yük daşımalarına aiddir və insanların hərəkətinə şamil edilmir.

Zambiyadan bir sıra malların idxalına qadağa qoyulmasının səbəblərini izah edən Konqonun Xarici Ticarət Nazirliyi ölkənin iqtisadiyyatında inflyasiyanı sürətləndirdiklərini bildirib. "Milli İqtisadiyyat Nazirliyinin hesabatı göstərir ki, bəzi idxal olunan mallar inflyasiyanın 60 % artmasına səbəb olur", - Maliyyə Nazirliyinin press-relizində deyilir.скачать dle 11.3
Mojo.az Banner