Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video | 13:02 Azərbaycanda rektor məsləhətçisi vəfat etdi | 12:45 Azərbaycan nefti bahalaşıb | 12:45 Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi | 12:43 Bakıda işçinin əri sex müdirini döydü: Yumruqla dişlərini sındırdı | 12:33 Rusiyalı turistlərin Yeni il tətili üçün Azərbaycana marağı ikiqat artıb | 12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib |
Mojo.az Avto
Mojo.az Avto

Ən böyük Türkiyə bayrağının dalğalandığı ərazi məhkəməlik oldu

12.08.2024 11:44 1 065
Ən böyük Türkiyə bayrağının dalğalandığı ərazi məhkəməlik oldu
Samsunun Kavak rayonunda Türkiyənin ən böyük bayrağının dalğalandığı ərazi torpaqdan haqsız istifadə səbəbi ilə məhkəməyə verilib.

Median.Az Haber Global-a istinadən xəbər verir ki, Samsun-Ankara magistral yolu üzərindəki Hacılıda dalğalanan bayrağın ölçüsü iki min kvadratmetr, çəkisi 450 kiloqramdır.

Kompleksin məhkəməyə çıxarılan ərazisi isə 7 500 kvadratmetrdir.

Torpağın sahibi Refiye Şahin şikayət ərizəsində daşınmaz əmlakın üzərindəki bayraq dirəyi və məscidin cavabdeh yanacaqdoldurma məntəqəsi tərəfindən haqsız istifadə edildiyini bildirib. Sözügedən daşınmaz əmlakın yanacaqdoldurma məntəqəsinin girişi kimi istifadə edildiyi və bu vəziyyətdən kommersiya gəliri əldə olunduğu iddia edilib. Şahin ona məxsus olan torpağa müdaxilənin qarşısının alınmasını və bu müddət ərzində haqsız istifadəyə görə 1 000 TL cərimənin faizlə ödənilməsini istəyib.

Yanacaqdoldurma şirkəti isə Refiye Şahin ilə şirkət arasında 10 illik icarə müqaviləsi bağlandığı və illik 9 min TL olmaqla cəmi 90 min TL pulun nağd şəkildə ödənildiyi bildirib. Lakin Refiye Şahin və oğlu Mehmet Şahin kirayə müqaviləsinin saxta və etibarsız olduğunu deyiblər. Ekspertiza sənədin saxlatılığını sübut edib və məhkəmə şikayətçinin iddiasını təmin edərək yanacaqdoldurma şirkətini cərimələyib.

Son xəbərlər