Mojo.az Banner
18:21 Azərbaycanda həkim vəfat etdi - Foto  |     18:19 Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?  |     17:43 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb - Video  |     17:03 Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır  |     16:53 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq  |     16:44 Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi  |     16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yanacaqdoldurma məntəqəsində yanğın olub

15.07.2021 14:30 1 635
Bakıda yanacaqdoldurma məntəqəsində yanğın olub
Bakı şəhərinin Sabunçu rayonunda yanacaqdoldurma məntəqəsində yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yanğın yanacaqdoldurma məntəqəsinin ərazisində bir dam altında tikilmiş birmərtəbəli, ümumi sahəsi 600 kvadratmetr olan və müxtəlif təyinatlı obyektlərin (kafe, avtoyuma və avtomobil təmiri məntəqələri və s.) fəaliyyət göstərdiyi tikililərdən birində baş verib.

Yanğın nəticəsində sahəsi 116 kvadratmetr olan tikilinin (kafe kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 90 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan avtomobil təmiri məntəqəsinin (səkkiz boks) lambirindən ibarət tavanı 415 kvadratmetr sahədə əriyib. Bitişik tikililərin qalan hissəsi, təmirə dayanan avtomobillər və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.скачать dle 11.3
Mojo.az Banner