Mojo.az Banner
11:41 Əfv edilənlərin arasında Martin Ryan da var  |     11:39 Qızılın qiyməti düşür – Azərbaycanda nə qədər ucuzlaşa bilər?  |     11:36 Sürücülərin NƏZƏRİNƏ: Tıxaca düşməmək üçün bu yolları seçin  |     11:34 İnternetin qiyməti yenidən bahaldı, keyfiyyət isə dəyişmədi – AÇIQLAMA  |     23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |     22:34 Bakıda bütün universitetlər distant təhsilə keçdi  |     22:29 “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı  |     22:22 Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb  |     22:18 Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi - Video  |     22:16 İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı - Agentlikdən açıqlama (Yenilənib)  |     22:13 Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır - Video  |     21:59 Cəlilabadda bədbəxt hadisə baş verib  |     21:53 Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU  |     21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyəli nazir danışdı: "Instagram" nə vaxt açılacaq?

07.08.2024 12:11 723
Türkiyəli nazir danışdı:
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "Instagram" sosial media platformasının açılıb-açılmayacağı ilə bağlı yeni təfərrüatdan danışıb.

Bu barədə Median.Az "Sondakika"ya istinadən bildirir.

Uraloğlu açıqlamasında məsələ ilə bağlı ciddi irəliləyiş əldə olunduğunu, tələblər yerinə yetirildikdən sonra girişin təmin ediləcəyini deyib. Nazirin bu sözləri insanlar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra paylaşılan başsağlığı mesajlarının "Instagram" tərəfindən senzuraya məruz qaldığını bildirmişdi. Altunun açıqlamasından bir neçə dəqiqə sonra isə İnformasiya Texnologiyaları və Rabitə İdarəsi avqustun 2-dən etibarən milyardlarla üzvü olan məşhur "Instagram"a girişi bloklamışdı.

"Tam olaraq istədiyimiz nəticəni ala bilməmişik, izləyirik və fəal şəkildə danışıqlar aparırıq", - deyə Abdulkadir Uraloğlu "Instagram" rəsmiləri ilə baş tutan iclasdan sonra açıqlama verib. Onun sözlərinə görə, META şirkəti müdafiəsində ABŞ-nin HƏMAS-ı terror təşkilatı olaraq qəbul etdiyini və paylaşımların alqoritmlər tərəfindən bloklandığı ifadə edib.

"Instagram"a girişi niyə dayandırdıq? Kataloq cinayətləri ilə bağlı istədiyimiz addımları atmadılar. İki görüş keçirildi. Qarşı tərəfə həssas olduğumuz məqamları izah etdik. Burada bir məqamı diqqətdənkənar qoymamalıyıq, bir şirkət düşünün, onun qanunları olduğu kimi, bizim ölkənin də öz qanunları var. Bizim bəzi tələblərimizə "Şirkətimizin qanunları var" deyirlər. Amma siz bu ölkədə fəaliyyət göstərirsiniz. Bu ölkənin qanunları yoxdurmu? Əlbəttə, var. Siz də bunlara əməl etmək məcburiyyətindəsiniz. Hətta İsmayıl Haniyə ilə bağlı başsağlığı yazılarına belə icazə verilmir. Lakin ciddi irəliləyiş əldə etmişik. Tələblər yerinə yetirildikdə maneə aradan qaldırılacaq. Düşünürəm ki, çox keçmədən bizim həssaslığımızı nəzərə alacaqlar", - deyə Uraloğlu bildirib.скачать dle 11.3
Mojo.az Banner