Mojo.az Banner
23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |     22:34 Bakıda bütün universitetlər distant təhsilə keçdi  |     22:29 “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı  |     22:22 Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb  |     22:18 Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi - Video  |     22:16 İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı - Agentlikdən açıqlama (Yenilənib)  |     22:13 Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır - Video  |     21:59 Cəlilabadda bədbəxt hadisə baş verib  |     21:53 Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU  |     21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə "TikTok" bloklanacaq?

10.08.2024 14:18 1 227
Türkiyədə
"Türkiyə hakimiyyəti "Instagram"ı blokladıqdan sonra ölkədə məşhur olan "TikTok" sosial şəbəkə platformasına girişi əngəlləmək fikrində deyil".

Median.Az
"TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyinin rəhbəri Əbdülkadir Uraloğlu məlumat verib.

"TikTok"un bağlanması məsələsi gündəmimizdə yoxdur, biz heç nəyi qadağan etməyi qarşımıza məqsəd qoymuruq. Xarici sosial şəbəkələrin qanunvericiliyimizin tələblərinə əməl etməsini istəyirik", - nazir bildirib.

Uraloğlunun sözlərinə görə, Türkiyə hakimiyyəti sosial şəbəkələrin, o cümlədən "Instagram"ın nümayəndələri ilə əlaqə saxlayır.

"Türkiyədə bütün sosial şəbəkələrin öz nümayəndələri var, hər biri ilə əlaqə saxlayırıq. "Instagram" nümayəndələri ilə bir neçə görüş keçirdik, müəyyən mərhələyə gəldik, mövqeyimizi bildirdik. Yaxın gələcəkdə "Instagram"a giriş qadağasının aradan qaldırılacağına ümid edirik, lakin onlar da başa düşməlidirlər ki, Türkiyə hüquqi dövlətdir və onun qanunvericiliyinə əməl etməlidirlər", - nazir qeyd edib.

Xatırladaq ki, avqustun 2-də Türkiyədə "Instagram"a giriş bloklanıb. Türkiyə hökuməti bu qərarın sosial şəbəkənin yerli qanunvericiliyin tələblərini pozması səbəbindən qəbul edildiyini bildirib.скачать dle 11.3
Mojo.az Banner