Mojo.az Banner
15:47 Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı  |     13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |     13:22 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |     13:10 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO  |     13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |     12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |     12:53 İranda müəmmalı PARTLAYIŞLAR: Təkanlar hiss olundu  |     12:47 "Liverpul"un sabiq sahibi VƏFAT ETDİ  |     12:47 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib  |     12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |     12:22 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  |     12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Eyni gündə üçüncü azyaşlı ölümü: İki yaşlı körpə qanaxmadan dünyasını dəyişdi

03.08.2024 21:22 1 749
Eyni gündə üçüncü azyaşlı ölümü: İki yaşlı körpə qanaxmadan dünyasını dəyişdi
Oğuz rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report"un məlumatına görə, hadisə Oğuz şəhər ərazisində fərdi yaşayış evlərindən birində baş verib.

Belə ki, 2022-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Məmmədov yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı dərhal Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib.

2 yaşlı M.Məmmədov bu gün burnundan açılan qanaxmadan dünyasını dəyişib.

Qeyd edək ki, bu gün daha iki azyaşlının ölüm faktı qeydə alınıb. Belə ki, Şirvanda yerləşən beşmərtəbəli binada qonaq olan Aygün Kərimova adlı gənc ana və onun beş yaşlı qızı Z.K. binanın beşinci mərtəbəsindən yıxılaraq həyatlarını itiriblər. Digər bədbəxt hadisə isə Yevlaxda baş verib. Şəhər ərazisində yerləşən doqquz mərtəbəli binanın üçüncü mərtəbəsindən yıxılan üç yaşlı uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib.скачать dle 11.3
Mojo.az Banner