Mojo.az Banner
17:08 Meteohəssas insanların NƏZƏRİNƏ  |     16:12 Dələduzların YENİ ÜSULU: Vətəndaşların biometrik məlumatları necə ələ keçirilir? - XƏBƏRDARLIQ  |     15:59 Metro, avtobus, güzəştli paketlər: Azərbaycanda nə dəyişəcək?  |     15:32 Bakıdan Tiflisə getmək istəyənlər: Bu sənədlər də mütləq üstünüzdə olmalıdır  |     15:23 “Eurohome”un fəaliyyəti dayandırıldı - Video  |     15:21 Bakıda səhər saatlarında dəhşətli qətl: Ahıl ər-arvadın öldürülməsinin TƏFƏRRÜATI (Yenilənib)  |     14:35 "İdrak" liseyində müəllimini silahla vuran şagirdin İTTİHAMI AĞIRLAŞDIRILDI  |     14:25 Bölgələrə avtobusla səfər edənlərin NƏZƏRİNƏ  |     14:12 Azərbaycanda müğənni qəfil vəfat etdi - FOTO  |     13:20 Günəşdə aktivlik müşahidə olunur: Yer üçün təhlükə varmı?  |     12:59 Face Pay-dən “myGov”a: Yeni rəqəmsal həyat tərzi formalaşır  |     12:54 Kiçik sahibkarlıq zəiflədikcə bahalaşma artır  |     12:48 Niyə BOKT-lar banklardan daha çox tələb görür? – Ekspert SƏBƏBLƏRİ AÇIQLADI  |     12:33 Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - VİDEO  |     12:25 500-ə yaxın dərman preparatlarını ölkəyə qanunsuz yolla keçirmək istədilər  |     12:19 Tanınmış estetik mərkəzlə bağlı cinayət işində təqsirləndirilənlərdən XƏBƏR VAR  |     12:11 ABŞ-nin dövlət katibi Ermənistana səfər edəcək  |     12:09 Yağışa görə buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlərə ŞAD XƏBƏR  |     12:08 Azərbaycan dili imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan olunub  |     12:06 Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər - FOTO  |    
Left Banner
Right Banner

Bu sürücülər taksi fəaliyyətindən kənarlaşdırılır (RƏSMİ)

31.07.2024 21:51 633
Bu sürücülər taksi fəaliyyətindən kənarlaşdırılır (RƏSMİ)
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

Bu barədə Nazirlikdən bildirilib.

Məlumata görə, görüşdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, taksi minik avtomobilləri ilə sərnişindaşımalar sahəsində yeni dövlət siyasətinin formalaşdırılması və islahat mexanizmlərinin tətbiqində əsas məqsəd vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsidir.

Nazir müavini qeyd edib ki, yeni tələblərin tətbiqindən sonra sürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılma xidməti adı altında sərnişindaşımaların həyata keçirilməsi, icazəsi olmayan nəqliyyat vasitələrinə sifarişlərin ötürülməsi kimi hallar müşahidə edilir. Belə ki, vətəndaşlar tərəfindən daxil olan müraciətlər araşdırılır və qanunvericiliyin tələblərinə riayət etməyənlər daşımalardan kənarlaşdırılır.

Taksi fəaliyyətinə cəlb olunan nəqliyyat vasitələrinə tələblər bir daha görüş iştirakçılarının diqqətinə çatdırılıb. İzah edilib ki, sərnişindaşımalar yalnız müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər.

Taksi şirkətlərinin nümayəndələri də hazırda bu sahədə qarşılaşdıqları çətinliklər barədə məlumat verib, onların həlli istiqamətində təkliflərini səsləndiriblər.

Görüşdə sadalanan çatışmazlıqların aradan qaldırılması, nəzarət mexanizminə dair tədbirlər barədə müzakirələr aparılıb. Qeyd olunub ki, sifarişə gələn nəqliyyat vasitələrinin eyni olub-olmaması ilə bağlı sərnişinə bildirişin getməsi üçün operatorların proqram təminatlarında funksionallığın aktivləşdirilməsi istiqamətində işlər aparılır.

Sonda taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmək tövsiyə olunub.скачать dle 11.3
Mojo.az Banner