Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO

24.09.2026 12:36 180
Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO
Göyçayda 12 yaşlı uşağın etdiyi hərəkət maraqla qarşılanıb. O, xüsusi olaraq hazırlanmış velosipedlə hər gün dayısı qızları olan əkiz bacıları məktəbə aparıb-gətirir. Çünki dayısı qızlarının yaxşı təhsil almaları onun ən böyük istəyidir. Özlərinin düzəltdiyi və 4 uşağın yerləşə bildiyi bu qeyri-adi velosiped isə hər kəsin diqqətini çəkir.

Median.Az
Xezerxeber.az-a istinadən xəbər verir ki, əkiz bacılar hər gün böyük həvəslə məktəbə velosipedlə gedirlər. Çünki yaxşı təhsil almaq onların ən böyük arzusudur. Qızlara dəstək olanlardan biri isə qardaşımız dedikləri bibisi oğullarıdır.

12 yaşlı Həsən dayısı qızlarının təhsilə olan marağına görə velosipedi xüsusi olaraq düzəltdiklərini deyir.

Göyçay rayonunun Rauf İsayev küçəsində yaşayan 12 yaşlı Həsənin gündəlik həyatında fərqli bir məsuliyyəti var. O, artıq bir ildir, özündən kiçik olan əkiz dayısı qızlarını məktəbə aparıb-gətirir ki, dərslərinə gecikməsinlər. Çünki Aysu və Cansunun daha yaxşı təhsil almalarını istəyir.

Həsənin nənəsinin sözlərinə görə, ailədə əkiz bacıların qardaşı yoxdur. Bu səbəbdən onların məktəbə gedib-gəlməsinə dayısı tərəfindən xüsusi hazırlanmış velosipedlə Həsənə kömək edir. Həsən isə velosipedi sürəndə təhlükəsizliyə də riayət edir.

Dayısının sözlərinə görə, bu velosiped adi nəqliyyat vasitələrinə heç də bənzəmir. 4 təkəri, iki sükanı və iki pedalı olan bu xüsusi velosiped eyni anda bir neçə uşağın rahat hərəkət etməsinə imkan verir. Təxminən dörd uşağın yerləşə bildiyi velosiped artıq məhəllə sakinləri üçün də maraq obyektinə çevrilib.

Göyçay şəhər Mehman Muradov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, 3A sinif şagirdləri Məmmədova Aysu və Cansu bacıları dərslərdə fəal iştirak edən, çalışqan və nümunəvi şagirdlərdir. Onlar təhsildə yüksək nəticələri ilə seçilir, sinif əlaçıları sırasında yer alırlar. Həmçinin nümunəvi davranışları ilə fərqlənirlər.
скачать dle 11.3
Mojo.az Banner