Mojo.az Banner
11:46 Tanınmış estetik mərkəzin əməkdaşları hakim qarşısında  |     11:45 İngiltərədə azərbaycanlı hamilə qadın vəfat etdi  |     11:39 Lökbatandakı yanğın nəzarətə götürülüb, 2 helikopter cəlb olunub - Video (Yenilənib)  |     11:34 Gəncləri ölkədə saxlamaq üçün nə dəyişməlidir? – Fazil Mustafadan AÇIQLAMA  |     11:29 Səfərbərlik Xidmətindən 20 günün əsgərinin ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMA  |     23:01 Şəmkirdə 62 yaşlı kişi bazarda öldü  |     22:52 Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər  |     22:43 Son 34 ildə Azərbaycanda doğulan uşaqların sayı 2 dəfə azalıb  |     22:29 Paytaxtda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar - Video  |     22:10 Azərbaycanlı döyüşçü UFC-də: Fərman Həsənovun Bakıdakı rəqibi bəlli oldu  |     22:05 25 günün əsgəri vəfat etdi - FOTO  |     21:43 Leninin nəslindən olan Yelena Ulyanova öldü  |     21:41 Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazanıb  |     20:47 Mağazadan seyf oğurlayan şəxs saxlanıldı  |     20:40 Sağlam qocalma üçün 8 əsas faktor açıqlandı  |     20:34 Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR  |     20:26 DÇ-2026 azarkeşləri üçübn bilet şoku: Yanacaq böhranı xərcləri artırdı  |     20:20 Armatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı  |     20:13 Gələn il veteran pulu ARTIRILACAQ?  |     20:08 "Sabah"- "Neftçi" oyununun başlama tarixi açıqlanıb  |    
Left Banner
Right Banner

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

29.07.2024 13:29 975
Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı
Hacı Məmmədovun bandasının üzvü olan, sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etməkdə təqsirləndirilən Hüseynağa Zərbəliyevə hökm oxunub.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə H.Fərzəliyevin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən məhkəmə zalından azadlığa buraxılıb.

Belə ki, Hüseynağa Zərbəliyevin ittiham olunduğu 01.09.2000-ci il tarixədək qüvvədə olan Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi və 146-cı maddəsi üzrə, həmçinin hazırkı Cinayət Məcəlləsinin 217.2-ci maddəsi üzrə həmin Cinayət Məcəlləsinin 44-cü maddəsində nəzərdə tutulan 15 il keçib. Buna görə də şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Qeyd edək ki, H.Zərbəliyevə qarşı Cinayət Məcəlləsinin 217.2-ci (Banditizm, sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqla müəyyən olunub ki, H.Zərbəliyev qeyriləri ilə sabit silahlı qrupun (banda) törətdiyi basqında iştirak edərək Tofiq Bayramovu həyatı və səhhəti üçün təhlükəli üsulla və ona fiziki iztirab verməklə qanunsuz azadlıqdan məhrum edib.

Belə ki, o, 1996-cı ilin iyul ayında Bakı şəhərində əvvəllər tanıdığı Abuzər Abuzərovun paytaxt sakini Tofiq Bayramova basqın edib onu oğurlamaq, azadlıqdan qanunsuz məhrum etmək və hədə-qorxu ilə külli miqdarda əmlakını tələb edib almaq məqsədilə təşkil etdiyi sabit silahlı qrupa - bandaya Səyyad Allahverdiyev, Qabil Ağayev, Afər Kərimov və qeyriləri ilə birlikdə üzv kimi daxil olub.

Təqsirləndirilən şəxsin Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilərək ömürlük həbs cəza almış Hacı Məmmədovla (intihar edib - red.) əlaqəsinin olduğu bildirilir.скачать dle 11.3
Mojo.az Banner