Mojo.az Banner
20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |     20:47 Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir  |     20:39 Tahir Qədəşovun kürəkəninin məhkəməsi nə vaxt olacaq?  |     20:34 Azərbaycanlıların xaricə səfərləri azaldı - Ən çox gedilən ölkələr  |     20:25 Kəlbəcərdə nə qədər qızıl ehtiyatı var?  |     20:20 Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab  |     20:13 Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi  |     20:05 "Bakı trasında sürmək hər zaman əladır" - Lyuis Hemilton  |     20:00 Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi  |     19:54 Sabiq prorektor vəfat edib  |     19:48 Ağcabədidə 8 kiloqram narkotik aşkarlandı  |     19:40 "Şəfa" Tiaqo Silvanı transfer etdi  |     19:35 Bloger Sevinc Hüseynova təqsirləndirilən şəxs qismində cəlb olundu  |     19:27 Bu marşrutların hərəkət sxemi dəyişdirildi  |     19:14 Əli Kərimlinin cinayət işi üzrə istintaq bitdi  |     19:09 Bu ölkə İranla diplomatik əlaqələrini kəsdi  |     19:02 Bakıda əməliyyat - Bir nəfər həbs edildi (VİDEO)  |     18:57 Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı çəkildi - VİDEO  |     18:50 Vəzir Həsənovun İdarəsində yoxlama aparıldı - Bu şəxslər cəzalandırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda “comfort” taksi çağıran qadının başına dəhşətli iş gəldi

25.07.2024 21:43 891
Bakıda “comfort” taksi çağıran qadının başına dəhşətli iş gəldi
Bakıda sərnişinə qarşı seksual xarakterli hərəkətlər edən "Bolt”un sürücüsü Yusif Quliyevin (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

Median.Az
"Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət hadisəsi ötən ilin iyununda baş verib.

Belə ki, Nadya Vasilyevna (ad-soyad şərtidir) həmin tarixdə gecə saat 03 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanına getmək məqsədilə "Bolt”un tətbiqində komfort taksi sifariş edib.

Xaricə gedən qadının məhkəmədə verdiyi ifadəsinə görə, aeroport istiqamətində hərəkət edən zaman sürücü avtomobili aşağı sürətlə sürüb və bu zaman qadına əxlaqsız təkliflər edib.

Bir müddət sonra isə Mərdəkan şossesində qəza işıqlarını yandıraraq avtomobili saxlayıb və sürücü arxa otuacağa keçərək qadına qarşı seksual xarakterli hərəkətlər edib. Qadının ifadəsinə görə, Yusif Quliyev onu hadisə barədə heç kimə məlumat verməməklə bağlı təhdid edib.

Qadın isə aeroporta çatanda təyyarəyə minib və xarici ölkələrdən birinə gedib. Orada hadisədən təsirlənən Nadya Vasilyevna affekt vəziyyətinə düşüb və psixoloqa müraciət edib.

Bundan sonra qadın hadisə barədə yaxınlarına məlumat verib və o, yenidən ölkəyə qayıtdıqdan sonra sürücünün əməli ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Məhkəmədə təqsirləndirilən şəxs ona qarşı sürülmüş ittihamı qəbul etməsə də, müşahidə kameralarında Yusif Quliyevin magistral yolda avtomobili 20 dəqiqə saxladığı, ön oturacaqdan düşüb arxa oturacağa keçdiyi müəyyən edilib. Məhkəmə tibbi-ekzpertizasında da qadına qarşı zorakılıq törədildiyi öz təsdiqini tapıb.

Maraqlıdır ki, Yusif Quliyev qadına təcavüz etdikdən sonra telefonu onun əlindən alaraq "Bolt”un tətbiqindən özünə "beş ulduz” verib.

Qeyd edək ki, taksi sürücüsü Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinib.
скачать dle 11.3
Mojo.az Banner