Mojo.az Banner
23:00 Çox qəhvə içmək risklidir: ürək döyüntüsü, təzyiq...  |     22:51 Paytaxtda usta iş yerində öldü  |     22:44 Evdə ayaqyalın gəzməyin  |     22:34 Azərbaycanda 40 dərəcə istilər artıq normaya çevrilir? - Meteoroloqdan açıqlama  |     22:27 Yarım milyon manatdan artıq dələduzluqda təqsirləndirilən əcnəbiyə hökm oxundu  |     22:22 Alim Qasımov açıq ürək əməliyyatı olunan Aqil Məlikovu ziyarət etdi (FOTO)  |     22:14 Azərbaycanlılar ən çox hansı sosial şəbəkədən istifadə edir? (YENİ SİYAHI)  |     22:09 Füzulidə geniş ərazidə yanğın başlayıb  |     22:00 Kirayə mənzillər 16 dəqiqə 22 saniyə ərzində seçilib - Birgə məlumat  |     21:51 Dondurma yayda ən yaxşı sərinləşdirici qidadır? - VİDEO  |     21:44 Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı  |     21:33 Türkiyənin ilk astronavtına general rütbəsi verildi  |     21:31 Gimnaziyanın 9-cu sinif şagirdi vəfat etdi  |     21:26 Türkiyədə tanınmış teleaparıcı həbs edildi  |     21:17 Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA (Audio)  |     21:13 Gecə klubunun qarşısında QƏTL - Detallar AÇIQLANDI  |     21:05 14 yaşlı oğlan kanalda boğuldu  |     20:59 Daha bir "Wildberries" kompleksi vuruldu  |     20:53 Putin Nikolay Baskova orden verdi  |     20:48 Qonşusunu döyərək hədə-qorxu gələn qadın bəraət aldı  |    
Left Banner
Right Banner

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı YENİ FAKTLAR

25.07.2024 13:21 1 008
Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı YENİ FAKTLAR
"Hüquqlarını müdafiə etdiyim Xalq artisti Ağadadaş Ağayev videodan göründüyü kimi, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və buna görə də ciddi həkim nəzarəti altında müalicəsini davam etdirir".

Axar.az xəbər verir ki, bu sözləri A.Ağayevin vəkili Asim Abbasov qeyd edib.

O bildirib ki, hazırda Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb:

"Ağadadaş Ağayev həmin gün gecə saatlarında evinə olduqca yaxın olan "MedEra" hospitalında qulaq nahiyəsindən ağır əməliyyat keçirib, həmin gecəni ağrıdan səhərə qədər yatmayıb, səhər isə yenidən qulağında şiddətli ağrılar yaranıb. Ağrılar dözülməz olduğu üçün o, eyvana çıxaraq "MedEra" hospitalının mühafizəçisindən kömək istəyib, ondan həkim çağırmasını xahiş edib. Mühafizəçinin laqeyd münasibəti, daha sonra isə təhqiramiz ifadələri və təhrikedici hərəkətləri nəticəsində tərəflər arasındakı münasibət gərginləşib.

Mühafizəçi N.Cəlilov 2013-cü il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-cü maddəsi (adam oğurluğu) ilə təqsirli bilinərək 9 il müddətində azadlıqdan məhrum edilib. O, həbsdən yeni çıxıb. Həmçinin N.Cəlilov daha əvvəl də Rusiya Federasiyasında xuliqanlıq maddəsi ilə məhkum edilib.

Yeri gəlmişkən, onu da qeyd edim ki, Ağadadaş Ağayevin özü artıq bir neçə ildir ki, onkoloji xəstədir, mütəmadi olaraq ağır dərmanlar qəbul edir, bu səbəbdən də həm fiziki, həm də psixoloji vəziyyəti daimi gərginlik altındadır.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Bu müddət ərzində kütləvi informasiya vasitələrini və media subyektlərini doğruluğu təsdiqlənməmiş məlumatları yaymaqdan çəkinməyə səsləyirəm. Yayılmış videogörüntü baş vermiş hadisənin sadəcə bir epizodunu əks etdirir. İş üzrə istintaq başa çatdıqdan sonra həmin epizoda qədər və ondan sonra da olan hadisələri özündə əks etdirən videogörüntü və iş üzrə əhəmiyyət kəsb edən digər detallar ictimaiyyətə təqdim ediləcək. Bununla da əsl həqiqət hamıya məlum olacaq".скачать dle 11.3
Mojo.az Banner