Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

İmran Xanın həbs müddəti uzadıldı

22.07.2024 21:14 1 227
İmran Xanın həbs müddəti uzadıldı
Pakistanın Maliyyə Məhkəməsi keçmiş baş nazir və "Təhrik-e-İnsaf" müxalifət partiyasının qurucusu İmran Xan ilə həyat yoldaşı Buşra Bibinin "zinət əşyalarını mənimsəmək məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə" ittihamı üzrə istintaqı davam etdirmək üçün həbs müddətini yeddi gün uzadıb.

Median.Az
TASS-a istinadən xəbər verir ki, həbs müddətinin uzadılması hər iki təqsirləndirilən şəxsin iştirakı ilə elan edilib.

Qeyd edək ki, İmran Xan bu ilin əvvəlində məhkəmələrin çıxardığı iki mühakimə hökmündən sonra həbs cəzası çəkir. Yanvarda siyasətçi Dövlət sirri haqqında qanunu pozmaqda ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin Xan və həyat yoldaşı qeyri-qanuni nikaha girdikləri üçün 7 il həbs cəzası alıblar. Daha sonra hər iki hökm Pakistanın müxtəlif səviyyəli məhkəmələri tərəfindən etibarsız elan edilib.

Xatırladaq ki, Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı baş tutan etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.

Son xəbərlər