Mojo.az — elanlar
Son Xəbərlər
21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |     19:07 İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək  |     19:04 Sabah paytaxtın iki rayonunda qaz olmayacaq  |     18:51 Bakıda manatlıq taksidə 16 yaşlı oğlana qarşı seksual xarakterli təzyiqdə şübhəli bilinən sürücü saxlanıldı  |     18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |     17:35 Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib  |     17:33 “Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı  |     17:26 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb  |     17:23 Çexiyaya köçən azərbaycanlı miqrant qadın əri tərəfindən qətlə yetirildi, 3 övladından xəbər yoxdur  |     17:18 Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Pakistanın keçmiş baş nazirinin həyat yoldaşı onlarla terror aktında ittiham olunur

30.07.2024 17:36 1 863
Pakistanın keçmiş baş nazirinin həyat yoldaşı onlarla terror aktında ittiham olunur
Pakistanın Ravalpindi şəhərinin polisi və prokurorları keçmiş baş nazir İmran Xanın həyat yoldaşı Büşra Bibiyə qarşı 11 terror aktı üzrə ittihamları Pakistan Ali Məhkəməsinə göndəriblər.

Bu barədə "Dawn" qəzetinə istinadən bildirir.

Məlumata görə, Bibi, əsasən, Pakistan Silahlı Qüvvələrinin Baş Qərargahına hücumda və hərbi obyektin yandırılmasında, Xidmətlərarası Kəşfiyyatın ofisinə hücumda, hökumət əleyhinə iğtişaşlara çağırışlarda və Xanın lideri olduğu Ədalət Uğrunda Hərəkat müxalifət partiyası tərəfdarlarının 9 may 2023-cü ildə keçirilən etiraz aksiyaları zamanı vandalizm aktlarında ittiham olunur. İttihamlar polisin Bibiyə qarşı bir il əvvəl qeydə aldığı cinayət işlərinə əsaslanır.

Məhkəmənin terrorçuluq ittihamlarına baxması və bu cür cinayətlərə görə cəza kəsməsi halında əvvəllər yalnız nikah qanununu pozmaqda ittiham olunan Xanın 44 yaşlı arvadının vəziyyəti ciddi şəkildə çətinləşə bilər. Bu, Adiala həbsxanasında saxlanılan keçmiş baş nazirin özünə də güclü zərbə olacaq.

Xatırladaq ki, yanvarda siyasətçi dövlət sirri haqqında qanunu pozmaqda ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib, fevralda Xan və Bibi qeyri-qanuni nikaha girdikləri üçün 7 il həbs cəzası alıblar. Daha sonra hər iki hökm ləğv edilib.

Nazirlər Kabinetinin keçmiş rəhbəri bu ay müxtəlif cinayətlərə görə 12 yeni ittiham irəli sürüldükdən sonra hələ də həbsdə qalır.

Son xəbərlər