Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:36 Məhkəmə generalın qızı ilə bağlı qərar verdi | 17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? |
Mojo.az Avto
Mojo.az Avto

Rusiya Ali Məhkəməsi Navalnı ilə bağlı çıxarılan son hökm barədə qərarı açıqladı

22.07.2024 14:09 774
Rusiya Ali Məhkəməsi Navalnı ilə bağlı çıxarılan son hökm barədə qərarı açıqladı
Rusiya Federasiyasının Ali Məhkəməsi müxalif siyasətçi Aleksey Navalnının ekstremist icmanın yaradılması işi üzrə son hökmü qüvvədə saxlayıb, hansı ki, bu hökm üzrə o, xüsusi rejimli koloniyada 19 il həbs cəzası almışdı.

Bu barədə Median.Az "İnterfaks"a istinadən bildirir.

Ali Məhkəmənin Mətbuat Xidmətindən verilən məlumata görə, Moskva Şəhər Məhkəməsinin 4 avqust 2023-cü il tarixli hökmü və Ümumi Yurisdiksiya üzrə Birinci Apellyasiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli apellyasiya qərarı dəyişməz qalıb.

Beləliklə də, məhkəmə Navalnının, eləcə də ikinci fiqurantın - Navalnının "YouTube" layihəsinin texniki direktoru Daniel Xolodnının müdafiəsinin iş üzrə məhkəmə aktlarına qarşı kassasiya şikayətlərini təmin etməyib. Müvafiq qərar iyulun 2-də Ali Məhkəmə tərəfindən çıxarılıb.

Xatırladaq ki, Moskva Şəhər Məhkəməsi Navalnıya bir sıra əlavə cəzalar da tətbiq etməklə, xüsusi rejimli koloniyada 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Xolodnı isə məhkəmənin qərarı ilə əlavə cəzalar da tətbiq etməklə, ümumi rejimli koloniyada 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Aleksey Navalnı ekstremist icma yaratmaqda, ekstremist fəaliyyəti maliyyələşdirməkdə və bir sıra digər cinayətlərdə, Xolodnı isə ekstremist fəaliyyəti maliyyələşdirməkdə və ekstremist icmada iştirakda təqsirli bilinib.

Son xəbərlər