Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Saxta general ələ keçdi: Onminlərlə manat talayıb - FOTO

20.07.2024 16:25 2 124
Saxta general ələ keçdi: Onminlərlə manat talayıb - FOTO
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri ilə vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq əməllərində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, paytaxt sakini, əvvəllər məhkum olunmuş Babazadə Elvin Firudin oğlu özünü ali rütbəli (general-mayor) əməkdaş kimi təqdim edərək insanların pul vəsaitlərini ələ keçirib.

Cari ilin aprel-may ayları ərzində ayrı-ayrı zərərçəkənlərə müxtəlif vədlər verərək onların ümumilikdə 61 700 manatını dələduzluq yolu ilə talayıb.

Faktla bağlı E.Babazadə barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Onun əməllərindən zərərçəkmiş başqa vətəndaşlar DİN-in 102 Zəng-Mərkəzinə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.






Son xəbərlər