Mojo.az Banner
22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |     20:40 Avstriyada məktəbli qızlara hicab qadağan olundu  |     20:34 Tanınmış aktrisa vəfat etdi  |     20:25 Qışda isinmək üçün 83 min manatlıq ziyan - 39 ağacı kəsib odun etdi  |     20:20 Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı  |     20:12 Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb?  |     20:07 Sabah hava necə olacaq?  |    
Left Banner
Right Banner

Lənkəranda 32 min manatlıq dələduzluq edən şəxs SAXLANILDI

29.08.2025 17:24 450
Lənkəranda 32 min manatlıq dələduzluq edən şəxs SAXLANILDI
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək tanınmış mağazalar şəbəkəsindən onların adına kredit yolu ilə götürülmüş məişət avadanlıqlarını dələduzluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, müəyyən edilib ki, həmin cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 43 yaşlı Cavid Abdullayev səkkiz nəfərin adına kreditlə alınmış məişət avadanlıqlarını sonradan başqa şəxslərə sataraq pulunu ələ keçirib.

Onun bu yolla zərərçəkmişlərə ümumilikdə 32 min manat ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, C.Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, sözügedən şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.скачать dle 11.3
Mojo.az Banner