Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Ad gününü restoranda qeyd edib yola çıxdı: Vəzifəli şəxsin ölümünün təfərrüatı

18.07.2024 11:18 2 250
Ad gününü restoranda qeyd edib yola çıxdı: Vəzifəli şəxsin ölümünün təfərrüatı
Bu ilin 19 mart tarixində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş Vüqar Mikayılovun məhkəməsi başa çatıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsində keçirilən iclasda 1972-ci il təvəllüdlü V.Mikayılov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, V.Mikayılovun "KIA Rio" avtomobili ilə vurduğu 1966-cı il təvəllüdlü Teymur Daşdəmirov vəzifəli şəxs olub. Bakı Metropoliteninin Yol Xidmətinin 1 saylı Yol distansiyasının rəisi olan T.Daşdəmirovun həmin gün 58 yaşı tamam olubmuş. O, ad günü münasibətilə restoranda keçirilən məclisdə iştirak edib və saat 23 radələrində Milli Aviasiya Akademiyasının qarşısında yolu keçmək istəyərkən onu avtomobil vurub. Ağır xəsarətlər alan T.Daşdəmirov hadisə yerində ölüb.

Keçirilən ekspertiza zamanı avtomobilin 80 kilometr/saat sürətlə hərəkət etməsi, sürücünün spirtli içki və ya narkotik vasitə qəbul etməməsi dəqiqləşib.

Həmçinin, məlum olub ki, maşınla vəzifəli şəxsi vurub öldürən Vüqar Mikayılovun oğlu Fərid Mikayılzadə Vətən müharibəsi iştirakçısıdır və beş medalla təltif edilib.

Vəzifəli şəxs heç vaxt ailə həyatı qurmadığından məhkəmə prosesində onun qardaşı zərərçəkmiş şəxs qismində tanınıb. T.Daşdəmirovun yaxınları qarşı tərəfdən şikayətçi olmadıqlarını bildiriblər.

Xəzər Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə V.Mikayılova 1 il 6 ay sürücülük hüququndan məhrum edilməklə üç il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib və barəsindəki başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Son xəbərlər