Mojo.az Banner
21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |     20:47 Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir  |     20:39 Tahir Qədəşovun kürəkəninin məhkəməsi nə vaxt olacaq?  |     20:34 Azərbaycanlıların xaricə səfərləri azaldı - Ən çox gedilən ölkələr  |     20:25 Kəlbəcərdə nə qədər qızıl ehtiyatı var?  |     20:20 Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab  |     20:13 Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi  |     20:05 "Bakı trasında sürmək hər zaman əladır" - Lyuis Hemilton  |     20:00 Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi  |     19:54 Sabiq prorektor vəfat edib  |     19:48 Ağcabədidə 8 kiloqram narkotik aşkarlandı  |     19:40 "Şəfa" Tiaqo Silvanı transfer etdi  |     19:35 Bloger Sevinc Hüseynova təqsirləndirilən şəxs qismində cəlb olundu  |     19:27 Bu marşrutların hərəkət sxemi dəyişdirildi  |    
Mojo.az Avto
Mojo.az Avto

İrandan ölkəyə 13 kiloqram metamfetamin keçirənlərə qarşı əməliyyat - ANBAAN GÖRÜNTÜLƏR

15.07.2024 17:15 1 014
İrandan ölkəyə 13 kiloqram metamfetamin keçirənlərə qarşı əməliyyat - ANBAAN GÖRÜNTÜLƏR
Bakıda əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən tranzit yükdaşıma fəaliyyəti ilə məşğul olan Sahil Cabbarov və əvvəllər məhkum olunmuş Səfadar Ağazadə tutulublar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, onlardan və S.Cabbarovun idarə etdiyi qoşqulu yük avtomobilindən ümumilikdə 19 litr həcmində 13 kiloqram maye halında olan psixotrop maddə metamfetamin və narkotiklərin dövriyyəsində istifadə edilən 3 ədəd bank kartı aşkarlanıb. S.Cabbarov və S.Ağazadə izahatlarında metamfetamini şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından götürərək maddi qazanc qarşılığında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiklərini bildiriblər.

Onlar şübhə oyatmamaq üçün metamfetamini maye halına salaraq ölkəyə gətiriblər. Burada isə onu kristal formaya qaytararaq satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner