Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq |
Mojo.az Avto
Mojo.az Avto

Taxıl sahələrini yandıranlar cəzalandırılacaqlar - RƏSMİ BƏYANAT

15.07.2024 13:47 657
Taxıl sahələrini yandıranlar cəzalandırılacaqlar - RƏSMİ BƏYANAT
"Əkin sahələrində texniki cəhətdən saz vəziyyətdə olmayan kənd təsərrüfatı texnikaları yanğın təhlükəsi yaradır".

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yay mövsümü insanların təbiət qoynunda istirahətə marağının artması ilə yanaşı kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsi ilə müşayiət olunur:

"Havanın yüksək temperaturu, xüsusilə bəzi vaxtlarda güclü küləklərin müşahidə olunması, eləcə də əkin sahələrində texniki cəhətdən tam saz vəziyyətdə olmayan kənd təsərrüfatı texnikalarının istismarı yanğınların baş verməsi və sürətlə yayılması təhlükəsini artırır. Bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, o cümlədən biçilmiş taxıl sahələrinin bilərəkdən yandırılması, təsərrüfat fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaka, milli sərvətlərimizə, meşə və qoruqlarımıza ziyan dəyməsinə, habelə insanların həyat və sağlamlığının təhlükə ilə üzləşməsinə səbəb olur."

Məlumatda qeyd olunub ki, baş verən hər bir yanğın hadisəsi araşdırılaraq hüquqi qiymət verilir və günahkar şəxslərlə bağlı qanunvericilik çərçivəsində tədbirlər görülür.

"Göstərilənləri nəzərə alaraq, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə, xüsusilə sahibkarlara, fərdi təsərrüfat sahiblərinə, təbiət qoynunda istirahət edən vətəndaşlara müraciət edərək, yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladır və daha diqqətli olmağa çağırır", - deyə nazirlikdən bildirilib.

Son xəbərlər