Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yanğın təhlükəsizliyi qaydalarına riayət etməyənlər hüquqi məsuliyyətə cəlb olunacaq - RƏSMİ

22.06.2020 18:08 1 343
Yanğın təhlükəsizliyi qaydalarına riayət etməyənlər hüquqi məsuliyyətə cəlb olunacaq - RƏSMİ
İsti havalarda biçilmiş taxıl sahələri və ya onlara yaxın ərazilərdə kolluqları yandırmaq, söndürülməmiş siqaret kötüklərini atmaq ərazilərdə meşə zolaqlarının alışmasına və böyük maddi itkilərə gətirib çıxara bilər.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əhalinin ərzaq təminatında mühüm rol oynayan dənli və texniki bitkilərin yetişdirilməsi və tədarükünə xüsusi diqqət göstərilməlidir. Bu səbəbdən də respublikamızda daim sözügedən sahənin inkişafına xüsusi diqqət ayrılır:

“Xüsusən taxıl tədarükünün artırılması və ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı daim ölkə rəhbərliyi tərəfindən mühüm qərarlar qəbul edilir. Dənli, texniki bitkilərin və taxıl tədarükünün artırılması ilə bağlı ən vacib vəzifələrdən biri də bu strateji əhəmiyyətli məhsulların yanğından mühafizəsidir.

Bunun üçün bu dənli texniki bitkilərin biçini, daşınması və saxlanılması dövründə yanğın təhlükəsizliyi qaydalarına vaxtında və düzgün əməl olunmalıdır. Bu məqsədlə FHN-in müvafiq qurumları yanğın təhlükəsizliyi qaydaları barədə fermerlər və digər aidiyyəti şəxslərin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirir.

Fermerlər və təsərrüfat rəhbərləri tərəfindən taxıl sahələrinin yaxınlığından keçən avtomobil yollarının kənarının şumlanması, yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında yanğından mühafizə tədbirlərinin görülməsi, biçində istifadə olunan texnikanın istismar qaydalarına riayət olunması və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi istiqamətində addımlar atılmalıdır”.

Məlumatda o da qeyd olunub ki, cavabdeh şəxslər ərazidə yerləşən su mənbələrini əvvəlcədən müəyyən edərək, yanğın avtomobillərinin yaxınlaşıb su götürməsi üçün lazımi şərait yaratmalıdırlar, əks təqdirdə qanunamüvafiq qaydada hüquqi məsuliyyətə cəlb olunacaqlar:

“Əkin sahələri arasında yanğına qarşı məsafələrin gözlənilməsi və zəmi ətrafının şumlanması kimi vacib yanğın təhlükəsizliyi qaydalarına riayət olunmalıdır. Bu qaydalara əməl olunmaması yanğın hadisələrinin baş verməsinə və şiddətlənərək geniş sahələrə yayılmasına şərait yaradır. Dənli və texniki bitkilərin biçilmiş sahələri şumlanmalıdır.

Vətəndaşlar bilməlidirlər ki, biçilmiş sahələri və ya onlara yaxın ərazilərdə kolluqları yandırmaq, söndürülməmiş siqaret kötüklərinin tullantıları, nəzarətsiz qalan tonqallar və digər alovla ehtiyatsız davranış halları ekologiyaya ziyan vurmaqla yanaşı, qonşu zəmilərin, meşə zolaqlarının alışmasına və böyük maddi itkilərə gətirib çıxarır.

Yanğın hadisələrində günahkar şəxslər qanunda nəzərdə tutulmuş qaydada hüquqi məsuliyyət daşıyır. Qeyd olunanları nəzərə alaraq, ot-taxıl biçini mövsümündə əkin sahələrində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması üçün fermer və təsərrüfat rəhbərləri, eləcə də, hər bir vətəndaş üzərinə düşən vəzifəni yerinə yetirməli, bu strateji əhəmiyyətli məhsulun yanğından qorunmasını təmin etməlidir”.скачать dle 11.3
Mojo.az Banner