Mojo.az Banner
16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlikdən əkin sahələrindəki yanğınlarla bağlı əhaliyə MÜRACİƏT

18.06.2021 11:02 1 731
Nazirlikdən əkin sahələrindəki yanğınlarla bağlı əhaliyə MÜRACİƏT
Son günlər ölkənin müxtəlif bölgələrində açıq sahələrdə yanğınlar baş verir.

Kənd Təsərrüfatı Nazirliyindən  verilən məlumatda bildirilir ki, belə yanğınlar respublikanın Xaçmaz, Siyəzən, Quba, Qusar, Şabran, Lənkəran, İmişli, Sabirabad, Bərdə, Tovuz, Neftçala rayonlarında qeydə alınıb.

Yanğınlar Siyəzən rayonunun rayonun Sədan, Məşrif, Balaca Həmyə və Qalaaltı kəndlərinin yaxınlığında, Xaçmaz rayonunun Nabran qəsəbəsi, Quba rayonunun Sofikənd kəndində və digər ərazilərdə baş verib. Yanğınlar müxtəlif ərazilərlə yanaşı, açıq sahələrinə, o cümlədən əkin sahələrinə yayılıb. Nəticədə biçilmiş və biçilməmiş əkin sahələri yanıb, əkinçiliklə məşğul olan fermerlərə ziyan dəyib.

Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondu ölkə fermerlərinə və əkinçiliklə məşğul olan sahibkarlara müraciət edərək əkin sahələrini sığortalamağa çağırıb. Fondda bildirib ki, ölkəmizdə bir neçə ay əvvəldən tətbiq edilən aqrar sığorta istənilən səbəbdən baş verən yanğın nəticəsində əkin sahələrinə dəyən zərəri qarşılayır.

Belə ki, hazırda yanğınların tez-tez baş verdiyi Şimal bölgəsində taxıl sahələrinin hər hektarını orta hesabla 7 manata sığortalamaq olar. Ölkənin digər ərazilərində də əkin sahələrini sərfəli şərtlərlə sığortalamaq mümkündür. Hadisə baş verdikdə sığorta ödənişi isə lazımi sənədlər təqdim edildikdən sonra cəmi 7 gün ərzində həyata keçirilir.скачать dle 11.3
Mojo.az Banner