Mojo.az Banner
12:48 Dünya Bankı Azərbaycana qrant ayırdı  |     12:23 Dünya birjalarında neft bahalaşır: Son qiymətlər açıqlandı  |     12:14 Bəzi rayonlarda iki gün qaz olmayacaq  |     12:06 Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var  |     11:56 Məktəbli çantasının ideal çəkisi nə qədər olmalıdır? - Valideynlərə vacib tövsiyə  |     11:38 Rusiyada əmək miqrantları üçün qaydalar SƏRTLƏŞDİRİLDİ  |     11:37 Kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi xəstəxanada öldü  |     11:36 Şahbuzda avtobusdan düşən 15 yaşlı qızı maşın vurdu  |     11:35 Mirzoyan Ermənistandan Azərbaycan sərhədinə gedən dəmir yolu ilə bağlı danışdı  |     11:29 Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     11:28 Estoniyada həyəcan siqnalı: NATO qırıcıları PUA-lara görə işə düşdü  |     11:13 Azərbaycan və İran XİN başçıları Bişkekdə görüşüblər  |     23:02 İşğaldan azad edilmiş ərazilərə giriş portalı nə vaxt ləğv ediləcək? - AÇIQLAMA  |     22:54 "Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır  |     22:49 FİFA İnfantinonun imicini yaxşılaşdırmaq üçün 3 milyon dollar xərcləyib  |     22:41 İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA  |     22:36 Benzema "ƏI-Hilal"dan getdi  |     22:30 Bakının bu ərazilərində qazın verilişində fasilə olacaq  |     22:28 Avtomobiliniz kiberhücuma məruz qala bilər – Bu əlamətlərə DİQQƏT  |     22:19 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir  |    
Left Banner
Right Banner

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərdi

15.07.2024 11:22 1 035
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"15 İyul hadisələrinin səkkizinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.

Qardaş Türkiyənin qan yaddaşına əbədi olaraq həkk olunmuş bu gecədə baş vermiş mənfur çevriliş cəhdi ölkənizin milli maraqlarına, demokratik əsaslarına və hüququn aliliyinə qəsd idi. Müdrik və mərd Türkiyə xalqı Vətən, dövlətçilik və demokratiya uğrunda qətiyyətlə mübarizə apararaq və sinəsini sipər edərək növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Bu hadisələr ilə əlaqədar təsis edilmiş 15 İyul - "Demokratiya və Milli Birlik Günü" mətin xalqınızın həmrəylik, mübarizlik və milli birlik rəmzi olaraq daim yaşayacaq və əsrlər ötdükcə daha böyük qürurla xatırlanacaqdır.

Türkiyə dövlətçiliyinə qarşı yönəlmiş bu çevriliş cəhdinin dəf olunmasında və bununla da ölkənizi böyük faciələrdən xilas edilməsində şəxsən Sizin gördüyünüz təxirəsalınmaz qəti addımların və liderliyinizin xüsusi rolu olmuşdur. Xalqınız Sizin ətrafınızda sıx birləşərək dövlətinə, azadlığına və demokratiyasına sahib çıxmaqla dünyaya milli qürurunu, gücünü və sarsılmaz iradəsini bir daha sübut etdi.

Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən bu xəyanəti şiddətlə qınamış və həmişə olduğu kimi qardaş Türkiyə dövlətinin və xalqının yanında yer almışdı. Bu bizim sevincimizi və kədərimizi birgə paylaşdığımız Türkiyəyə qardaşlıq və vəfa borcumuz idi.

Hörmətli cənab Prezident, bu yaxınlarda Sizinlə Astanada görüşümüzü, apardığımız ətraflı fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram. Əminəm ki, dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrini, çoxşaxəli əməkdaşlığını və strateji müttəfiqliyini genişləndirmək, dünyada bənzəri olmayan dövlətlərarası münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırmaq naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".скачать dle 11.3
Mojo.az Banner