Mojo.az Banner
15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |     15:11 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı  |     15:01 Meyxanaçılar arasında insident: Balaəli həmkarına BUTULKA ATDI - VİDEO  |     15:00 Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı  |     14:30 ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI  |     14:22 Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq  |     14:14 “Tiktok”er "Əhdi" və dostu ilə bağlı qərar verildi  |     14:12 "Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - FOTO  |     14:05 Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ  |     12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərdi

15.07.2025 12:41 1 137
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Median.Az
President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Doqquz il əvvəl - 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda şəhid olmuş bütün qardaş-bacılarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm.

Həmin gecə qardaş Türkiyə müasir tarixinin ən böyük qəhrəmanlıq salnaməsini yazdı. Mətin və mübariz xalqınız Türkiyə Respublikasının konstitusional və demokratik əsaslarını hədəfə alan qanlı çevriliş cəhdinə qarşı sinəsini sipər edərək Vətəninə, bayrağına və dövlətinə sahib çıxdı. Bu gün qürurla deyə bilərik ki, 15 İyul - "Demokratiya və Milli Birlik Günü" güclü və sarsılmaz iradənin, milli birliyin, həmrəyliyin və vətənpərvərliyin zəfərini qeyd edən əlamətdar tarixdir.

Xain çevriliş cəhdinin ilk anlarından etibarən Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olaraq öz dəstəyini və həmrəyliyini nümayiş etdirmişdi. Bu da növbəti dəfə "Bir millət iki dövlət" prinsipinin əyani təzahürü, qardaşlığımızın bariz nümunəsi idi.

Türkiyə dövlətinə qarşı yönəlmiş bu məkrli planın önlənməsi Sizin liderliyiniz, böyük fədakarlığınız və xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində mümkün olmuşdur. Qardaş ölkəniz bu ağır sınaqdan da üzüağ, alnıaçıq və daha da güclənmiş çıxaraq bütün dünyaya öz qüdrətini bir daha sübut etdi.

Siz hazırda da "Terrorsuz Türkiyə" hədəfinin reallaşması, gələcək nəsillərə təhlükəsiz, dinc və firavan ölkə miras qoymaq uğrunda qətiyyətlə və əzmlə çalışırsınız. Bu yaxınlarda PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı Sizin güclü siyasi iradənizin parlaq nəticəsi, milli birlik və həmrəyliyin təntənəsi oldu.

Əziz Qardaşım,

Bu gün Azərbaycan və Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir. Ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf amilidir. Əminəm ki, tarixən bir-birinə dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz birgə səylərimizlə bundan sonra da daha da möhkəmlənəcək və dərinləşəcəkdir.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".скачать dle 11.3
Mojo.az Banner