Mojo.az Banner
18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |     17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |     17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:38 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhur marketlər şəbəkəsinin sahibini öldürmək istəyənə hökm oxundu

13.07.2024 14:45 1 116
Məşhur marketlər şəbəkəsinin sahibini öldürmək istəyənə hökm oxundu
"Ballı" Marketlər Şəbəkəsinin sahibini öldürməyi planlaşdırmaqda ittiham edilən Tahir Hüseynovun məhkəməsi başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, T.Hüseynov iş adamı Elman Əsədovu öldürməyi planlaşdırmaq və digər ittihamlarla təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin fevralında Suraxanı rayonu ərazisində qeydə alınıb.

İttihamda deyilir ki, T.Hüseynov marketlər şəbəkəsinin sahibini öldürüb əmlakını ələ keçirmək istəyib. Bu məqsədlə odlu silahla onun yaşadığı Əmircan qəsəbəsinə gəlib. O, hasardan aşaraq evin həyətinə daxil olub, burada gizlənərək cinayəti reallaşdırmaq üçün gözləsə də, təqsirləndirilən şəxsin qohumları onu tutaraq polisə təhvil veriblər.

T.Hüseynova Cinayət Məcəlləsinin 28.1, 120.2.11, 28.1, 181.2.3, 28.1, 181.2.5, 28.1, 181.3.2-ci (quldurluqla əlaqədar qəsdən adam öldürməyə, yaşayış sahəsinə qanunsuz girməklə, silahdan istifadə etməklə və külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluğa hazırlıq) və digər maddələrlə yekun ittiham elan edilib.скачать dle 11.3
Mojo.az Banner