Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

"Vergi qapınızı döysə, 77 dəsmalla ağlayacaqsınız" - VİDEO

12.07.2024 22:13 885
"50 yaşını ötmüş müğənnilər: Aralarında Fəxri adı olan da, olmayan da var. Çıxırsınız efirə ki, “vaxtında varımız, evimiz, dövlətimiz, qızılımız olub”. İndi hanı onlar? Ağlınız olardı elə xərcləyərdiniz ki, bu yaşınızda da qalardı".

Median.Az
"Bizim.Media"ya istinadən xəbər verir ki, bu sözləri aparıcı və prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında paylaşdığı video açıqlamada deyib.

Tolik, ad çəkmədən müğənni Sevda Əliqızının "Məndə olan pul, evlər heç indiki müğənnilərdə olmayıb" sözlərinə sərt şəkildə cavab verib:

"Bu cavanlara imkan verin. İndi cavanlar nə etsin? Hərənizin bir dövranı, saxlayanı, pul xərcləyəni olub. O vaxtlar telefon, “TikTok”, “Instagram” olmayıb ki, sizi də kabinetdə çəkib, sevgililərini paylaşsınlar. İndi cavanları salmısınız gözümçıxdıya. Siz etdiyinizi indiki müğənnilər etməzlər".

Bununla yanaşı, Tolik ayda 100 min manat qazandığını deyən müğənniləri də qınayıb:

"İndi Şəbnəm, Vəfa (müğənnilər Şəbnəm Tovuzlu, Vəfa Şərifova - red.) çıxıb deyir ki, “ayda gəlirim 100 mindir”. Vergi qapınızı döysə, 77 dəsmalla ağlayacaqsınız. İki günə 100 min qazanan müğənni var. Kimə özünüzü göstərirsiniz? Kimə lazımdır? 3, 4 minə toya gedirsiniz, ayda evdə tapılmırsınız. Bu göstərici, sənətkarlıq, elit təbəqə deyil. Sizdən yuxarı təbəqə 2, 3 günə 3, 4 toya gedib 100 minləri var. 30 gün hava limanında yatmayaraq, Bakıda ayda 3 toya gedib 100 min qazanan müğənni var. Heç kimə paxıllıq etmirəm. Bunu deməklə nə göstərmək istəyirsiniz? Ayda 300, 500 işləyənlərə acıq verirsiniz? Deyirsiniz, siz kasıbsınız, biz varlı? Öllkədə 10 müğənni var ki, ölkədən çıxmır. Nə uşağınızın, nə ərinizin yanındasınız. Bütün günü təyyarədəsiniz. Elə bil milyon qazanırsınız. Ayıbdır, camaat nə deyəcək? Görməmişliyin də dərəcəsi var".

Son xəbərlər