Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Tolik məşhur müğənnini biabır etdi: “Başqa kişilərin hesabına…”- VİDEO

19.06.2018 12:47 3 579
Tolik məşhur müğənnini biabır etdi: “Başqa kişilərin hesabına…”- VİDEO
Prodüser Tolik Türkiyədə ailə quran müğənnilərin ünvanına kəskin fikirlər səsləndirib.

Tolik Xəzər Televiziyasında yayımlanan “Hər şey daxil” verilişində müğənni Lamiyə Novruzova və digər sənətçiləri yıxıb-sürüyüb:

“Ay xanım, siz Türkiyədə ərdəsiniz? Üç gündən bir şou aləmini daşa basırsınız ki, bəzi müğənnilər kimi başqa kişilərin hesabına sənətdə qalmaq istəmirəm. Heç səndən soruşan var ki, ayın neçəsidir? Heç kim də sənə cavab vermir, çünki səni ciddi saymırlar. Sənin sənətin varsa, niyə Türkiyədə oturmusan? Gəl, sənətinlə gündəmdə qal. Heç kimi bəyənmirsən. Deyirsən o sənətə pis yolla gəlib, bu sənətə kişilərin hesabına gəlib. Allah səni xoşbəxt eləsin, həmişə ər çörəyi yeyəsən. Düzdür, Türkiyəyə ərə gedən bir çox müğənnilər yaman sinələrinə döyürlər ki, biz ömürboyu namusla, qeyrətlə oturub, ər çörəyindən başqa heç bir kişinin çörəyini yeməmişik. Yazıq Aygünlə Röya həmişə daş-qalaq olunublar. Onlar amma başqa kişinin çörəyini yeyiblər, onlar da yanlarında olub”.//yenicag.az

Son xəbərlər