Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Tolik televiziya aparıcılarını ifşa etdi: Bunların altındakı 100-150 minlik avtomobillər haradandır? - VİDEO

13.07.2018 18:18 3 953
Tolik televiziya aparıcılarını ifşa etdi: Bunların altındakı 100-150 minlik avtomobillər haradandır? - VİDEO
Tanınmış aparıcı Aytən Səfərovanın sosial şəbəkədə əxlaqsız qadınlar barəsində paylaşdığı fikirlər prodüser Tarix Əliyevi qəzəbləndirib.

O, aparıcısı olduğu "Hər şey daxil" verilişində bu xoşagəlməz fikirlərin müğənnilərə ünvanlandığını qeyd edib.

Müğənnilər arasında əxlaqsız qadınların varlığını inkar etməyən Tolik, bəzi televiziya aparıcılarının da həyat tərzlərinin ideal olmadığını dilə gətirib:

"Aytən Səfərova müğənnilərə irad tutur ki, kiminsə kişilərini əllərindən alırlar. Abırsız, əxlaqsız həyat tərzi sürürlər. Yaxşı. müğənnilər pisdir, qoyduq kənara. Mənim Aytən xanıma bir sualım var; Ən bahalı maşınları televiziyada aparıcılıq edən xanımlar sürürlər. Aparıcının maaşı ayda 1000 manat ola bilər. Azərbaycanda ən çox toya gedən aparıcılar Nərgiz Cəlilova, Afaq Gəncəli, Kamilə Babayeva, Leyla Quliyevadır. Hərdən-birdən də Lamiyə Ələkbərovanı toylarda görürük. 5-6 aparıcıdan başqa toy aparan yoxdur. Qalanlarının efirdən başqa heç nələri yoxdur. Bəs bunların altındakı 100-150 minlik avtomobillər haradandır? Niyə öz aparıcılarınızdan danışmırısız?

Aytən, bir oturaq, özümüzə baxaq. Bəli, mənim də səhvlərim var. Bəlkə də çoxdur. Amma mən getdikcə səhvlərimi düzəldirəm. Məsəl var, gəlin düşdüyü ocağa oxşayar. Mən bu gün "Xəzər"dəyəmsə, buranın qanunlarına uymalıyam.

Deyirsən ki, evli kişilər arvadlarını qoyub müğənnilərin yanına gedirlər. O kişinin ağlı hardadır ki, arvadını atıb müğənninin yanına gedir? Kül o kişinin başına ki, evdə namuslu arvadını qoyub, gedir müğənninin yanında bambılılıq edir.

Xatırladaq ki, Aytən Səfərova sosial şəbəkədə yüngül həyat tərzi sürən qadınları tənqid edib: "Xanım dediyin kəs bədən quruluşundansa, üzdən, qaşdan-gözdən, xasiyyətdən gözəl olmalı, yerişinə və duruşuna fikir verməli, xanım-xatunluğunu qoruyub saxlamalı, özünə hörmət etməlidir. Xanım başqalarının işinə burun soxmamalı, qeybət etməməli, dəyərini bilməli, ucuz və əlçatan olmamalı, başqasının ərinə "padxod" etməməli, özünü elə aparmalıdır ki, onu heç bir kişi alçaltmasın. Vaxt olsa bir az özünüzə hörmət edin. Qadın və xanım sözünü özünüzə yapışdırmayın. Siz axı belələrindən deyilsiniz. Heç vaxt da ola bilməzsiniz"./baku.ws

Son xəbərlər