Mojo.az Banner
23:02 Alimlərdən xərçənglə bağlı yeni kəşf  |     22:57 “Evdə tək” geri qayıdır? – Makoley Kalkin 37 il sonra Kevin rolunda  |     22:50 Avqustun sonuna qədər bu 4 bürcü PUL GÖZLƏYİR  |     22:45 Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?  |     22:38 Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır  |     22:32 Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)  |     22:25 Dünyada 2,2 milyard insanın görmə problemi var  |     22:20 Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı  |     22:12 "Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır" - Alparslan Bayraktar  |     22:07 Estoniya Rusiya ilə sərhdə bağlamaq istəyir  |     21:57 İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar  |     21:44 Saray qəsəbəsində zəncirvari avtomobil qəzası baş verib  |     21:43 Co Baydenin səhhəti pisləşdi  |     21:09 DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar  |     20:58 Diş fırçası nə qədər müddətdən bir dəyişdirilməlidir?  |     20:26 Oman sahillərində yük gəmisinə hücum edilib  |     20:18 İnsanda primitiv düşüncəni göstərən 5 vərdiş  |     20:17 "Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb  |     19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |    
Left Banner
Right Banner

Tolikdən qalmaqallı sözlər: Bəziləri kimi 100 manat alıb müğənniləri tərifləmirəm - VİDEO

17.07.2019 21:30 3 025
Tolikdən qalmaqallı sözlər: Bəziləri kimi 100 manat alıb müğənniləri tərifləmirəm - VİDEO
“Hər Şey Daxil” yay tətilinə çıxmır. İyulun 20-də komanda ilə ABŞ-a yola düşürəm. Bir həftə orada verilişimizin növbəti bölümlərini çəkəcəyik. ABŞ-da yaşayan azərbaycanlılar, müğənnilər Elariz Məmmədoğlu və İlhamə Qasımova ilə çəkilişlər aparacağıq. Yay boyunca verilişlərimiz öz axarı ilə davam edəcək.

Bunu Oxu.Az-a açıqlamasında sözügedən verilişin layihə rəhbəri və aparıcısı Tarix Əliyev (Tolik) deyib.

O, proqramda müğənnilər arasında yaşanan çaxnaşmalar, qalmaqallar və söz-söhbətlərdən də danışıb:

“Mən şou-biznes adamıyam. Müğənnilər barədə çox məlumatım olduğuna görə onları müzakirə edə bilirəm. Bəzi aparıcılar kimi müğənnilərin qabağında diz çökmürəm, onların əllərindən öpmürəm. Bəziləri kimi 100 manat alıb müğənniləri tərifləmirəm. Mən həm bahalı aparıcı, həm də bahalı prodüserəm”.

Şou-biznes nümayəndələri arasında yaşanan mübahisələri verilişində qabardan Tolik heç kimi müdafiə etmədiyini, neytrallığını qoruduğunu deyir:

“Mən orada neytralam. Hər şeyi olduğu kimi danışmalıyam. Məni hansısa məsələlərdə günahlandıranlara demək istəyirəm ki, bundan sonra məni heç kəs gözdən sala bilməz.

40 yaşım var. Məni alan alıb, aldanıb, satan satıb, varlanıb. Bundan sonra kim necə istəyirsə, məni elə də qəbul etsin. Bu gün verilişdən çıxsam da, Tolik olaraq özümü artıq sübut etmişəm. İki il davamlı şəkildə veriliş aparmaq mənə bəsdir”.

Adı tez-tez qalmaqallarda hallanan Tolik münasibətlərinin gərgin olduğu şou əhlinə cavab verməkdən də çəkinməyib:

“Mən aparıcı kimi toylara getmirəm. Yalnız öz verilişimdə aparıcılıq edirəm və müğənni Elton Hüseynəliyevin prodüseriyəm. Amma başqaları bütün günü məni müzakirə edir.

Arxamca danışanların özlərinin də xəbəri yoxdur ki, qruplarda haqqımda yazdıqları yazışmalar sonra mənə göndərilir. Hər şeydən xəbər tuturam. Çünki həmin yazışmaları mənə göndərən insanlar sadiqdirlər”.

Müğənnilər arasında yaşanan “trend” qalmaqala isə prodüser özünəməxsus reaksiya verib:

“Bu gün “trend”də olan bir sıra müğənnilər var ki, onlar özlərini ulduz sayırlar. Röya, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Manana, Eyyub Yaqubov, Ədalət Şükürov, Abbas Bağırov, Miri Yusif, Alim Qasımov, Sevda Yahyayeva “trend” görməyiblər. Onlar “Youtube”,“Instagram”da “trend”də olmayıblar və buna görə bəzi müğənnilərdən fərqli olaraq, “trend”ə görə yaşamayıblar. Onlar elit təbəqənin müğənniləridir. “Trend”lə yaşayan müğənnilər bu günün müğənniləridir.

Sabah sosial şəbəkələr olmasa, onlar da olmayacaq. Şəxsən mənim bir dövlət adamı ilə qalmaqalım oldu. Buna görə düz bir həftə “trend”də qaldım. O demək deyil ki, mən böyük adamam”.

Son günlər “Instagram”da nə foto, nə də video paylaşan Əməkdar artist Röya Ayxanı Tolikdən xəbər aldıq:

“Röyanın son paylaşımı 27 iyunda olub. Röya düzgün vurğulayır ki, bu gün sosial şəbəkə bizim həyatımızı əlimizdən alır. Çünki dostlarımızı və yaxınlarımızı görmürük. Bütün günü “Instagram”da otururuq və hər şeydən orada xəbər tuturuq. İmkan olsaydı, mən də “Instagram”dan uzaqlaşardım”.

скачать dle 11.3
Mojo.az Banner