Mojo.az Banner
23:01 3 yaşlı uşaq maşında yanaraq öldü - Siyəzəndə faciə  |     22:55 Xəstəyə baxmaqdan imtina edən həkimi hansı cəza gözləyir? - Vəkil  |     22:47 Bu planetdə 1 il 11 saatdır  |     22:41 Bəzi stansiyasiyalarda qatarlara “Minik yoxdur” qeydlərinin yazılmasına aydınlıq gətirildi  |     22:34 Alyona Əliyeva 5 nömrəli xüsusi internat məktəbindən paylaşım edib (Video)  |     22:27 Ukraynaya yardımın ümumi məbləğini açıqladı  |     22:23 Leyla Əliyeva Prezident İlham Əliyevin doğum günündən paylaşım edib (Video)  |     22:08 Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə memorial lövhə ucaldılıb  |     22:05 Sabahdan bu ünvanlarda ucuz bazar açılır  |     21:49 Sumqayıt Texniki Kollecinin 21 illik direktoru işdən çıxarıldı  |     21:39 Leyla Əliyeva 5 nömrəli xüsusi internat məktəbindən paylaşım edib (Video)  |     21:17 Azərbaycanda bu şəxslərə uşağa görə hər ay 240 manat verilir - RƏSMİ  |     21:09 Türkiyədə 8 il axtarışda olan FETÖ-çü qadın yaxalanıb  |     21:05 Azərbaycanda növbəti torpaq hərracları keçiriləcək  |     21:00 Azərbaycanın Tunisə ixrac etdiyi neftin həcmi məlum oldu  |     20:54 Səssiz xəstəlik: Səhər baş ağrısı ilə oyananlar diqqət etsin  |     20:51 Daha bir kənd içməli su ilə təmin olundu  |     20:25 Putin Solovyovu təltif etdi  |     20:17 BMW avtomobillərinin ən etibarlı modellərinin reytinqi açıqlanıb  |     20:10 Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib - FOTO  |    
Left Banner
Right Banner

Gələcəkdə hansı ixtisaslara tələb artacaq?

09.07.2024 18:43 492
Gələcəkdə hansı ixtisaslara tələb artacaq?
Qəbul imtahanlarından sonrakı növbəti çətin sınaq ixtisas seçimidir.

Çünki bu seçim gənclərin gələcəkdə hansı sahədə çalışacaqlarını və karyeralarını hansı istiqamətdə inkişaf etdirəcəklərini müəyyən edir.

Bir neçə il bakalavr, magistr təhsilindən sonra ixtisasa tələbatın azalması səbəbindən işsiz qalmamaq üçün öncədən texnoloji inkişafı, bazar tələblərini və qlobal trendləri nəzərə almaq lazımdır.

Median.Az oxu.Az-a istinadən xəbər verir ki, təhsil eksperti Elçin Süleymanov gələcəkdə daha çox tələb olunacaq ixtisaslar texnologiya, səhiyyə, enerji və ətraf mühit sahələrində olacaq. Bu sahələrdə irəliləyişlər və dəyişikliklər nəticəsində bəzi ixtisaslara xüsusi diqqət yönələc'yini bildirib.

Davos İqtisadi Forumu bir neçə ay bundan əvvəl bir hesabat hazırlamışdı. O, abituriyentlər üçün də çox faydalıdır.

Gələcəkdə analitik, kritik düşüncə qabiliyyəti olan, eləcə də kollektivlə işləmə bacarığı olan mütəxəssislərə ehtiyac duyulacaq. Bu mütəxəssislər iqtisadiyyatın inkişaf tempinə, dünyadakı dəyişikliyə görə formalaşırlar.

Hazırda görünən odur ki, hər il həm dünyada, həm də Azərbaycanda informasiya texnologiyaları (İT), kompüter mühəndisliyi, proqramlaşdırma, kibertəhlükəsizlik ixtisasları üzrə çox ciddi tələb yaranır.

Bundan başqa, gələcəkdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar mütəxəssislərə, alternativ və bərpaolunan enerji resurslarının istehsalı ilə əlaqəli həm ali, həm də orta səviyyəli mühəndislərə tələbat artacaq.

Süni intellektlə işləmək bacarığı olan mütəxəssislərə də ehtiyac yaranacaq. Həmçinin, yaşlı insanlarla işləyən fizioterapistlərə, tibb və təhsil mütəxəssislərinə hər zaman ehtiyac olacaq və artmaqdadır".

Təhsil eksperti əlavə edib ki, fərdi maliyyə mütəxəssisləri gələcəkdə tələb olunacaq vacib ixtisaslardan biri olacaq. Çünki insanların maliyyə planlaması və idarəetməsi sahəsində yardıma ehtiyacı artmaqdadır:

"Digital (rəqəmsal) valyuta resurslarının idarəedilməsi son dövrlərdə maliyyə dünyasında böyük əhəmiyyət kəsb edən bir sahədir.
Rəqəmsal valyutalar, xüsusilə kriptovalyutalar sürətlə populyarlaşır və bu sahədə mütəxəssislərə olan ehtiyac artır. Müəyyən işləri robotlar görə bilər. Ancaq mütləq analitik təfəkkür vacibdir".
скачать dle 11.3