Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

AVRO-2024: İlk finalçı kim olacaq? (ANONS)

09.07.2024 11:30 2 040
AVRO-2024: İlk finalçı kim olacaq? (ANONS)
AVRO-2024-ün ilk yarımfinal görüşündə İspaniya Fransa ilə üz-üzə gələcək.

Gürcüstan və turnirin ev sahibi Almaniyanı yolundan kənarlaşdıran İspaniya seçməsi Fransa ilə görüşdə də azarkeşlərini sevindirərək favorit statusunu təsdiqləməyə çalışacaq. Qrup mərhələsinin görüşlərini də nəzərə almaqla heç bir qarşılaşmada məğlub olmayan ispaniyalılar "xoruzlar" üçün baş ağrısı olacaqlar. Amma Belçika və Portuqaliya kimi güclü rəqibləri turnirdən kənarlaşdıran Fransa ilə görüşdə bu heç də asan vəzifə sayılmır. Qrup mərhələsinin görüşləri ilə birlikdə ümumilikdə üç qol vuran Fransa seçməsi İspaniya ilə matçda da müdafiə xarakterli oyun nümayiş etdirəcəyi təqdirdə məğlubiyyətlə barışmalı olacaq. Çünki Luis De La Fuentnin komandası hücumameyilli futbol anlayışında olduğu üçün rəqibin bütün planlarını alt-üst edə bilər. Rəqiblər indiyədək ümumilikdə 15 dəfə üz-üzə gəliblər. Bunlardan yeddisində Fransa, altısında isə İspaniya qələbə qazanıb. İki dəfə isə heç-heçə qeydə alınıb. İspaniya millisinin heyətində Le Normand və Karvaxal cəzalı olduğu üçün komandasına kömək edə bilməyəcək. Pedrinin oynayıb oynamayacağı isə sual altındadır. Fransalılarda isə itkilər yoxdur.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü sloveniyalı hakimlər briqadasından Slavko Vinçiç idarə edəcək.


9 iyul

Yarımfinal


İspaniya - Fransa

Saat 23:00, "Allianz Arena"

Son xəbərlər