Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

AVRO-2024: 1/8 final mərhələsində son oyun günü (ANONS)

02.07.2024 12:23 1 824
AVRO-2024: 1/8 final mərhələsində son oyun günü (ANONS)
Bu gün AVRO-2024-ün 1/8 final mərhələsinə Rumıniya Niderland, Avstriya Türkiyə görüşü ilə yekun vurulacaq.

İlk görüş Rumıniya ilə Niderland seçmələri arasında keçiriləcək.

Gərgin mübarizə vəd edən görüşün favoriti niderlandlılar sayılsalar da, rumıniyalılara da güvənənlərin sayı az deyil. Rəqiblər indiyədək ümumilikdə 10 dəfə qarşılaşıblar. Bunlardan səkkizində Niderland seçməsi, birində isə Rumıniya millisi qələbə qazanıb. Bir dəfə isə heç-heçə qeydə alınıb. Rumıniya seçməsinin heyətində Nikusor Banku cəzalı olduğu üçün görüşü buraxmalı olacaq. Niderland millisində isə zədəli və ya cəzalı futbolçu yoxdur. Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşün start fitini almaniyalı referi Feliks Zvayer səsləndirəcək.

1/4 finala yüksələn sonuncu komandanın adına isə Avstriya Türkiyə görüşündə aydınlıq gətiriləcək.

D qrupundan lider olaraq növbəti mərhələyə yüksələn Avstriya seçməsi Fransa, Niderland və Polşa kimi komandaları geridə qoyub. Məhz bu səbəbdən Türkiyə seçməsi ilə keçiriləcək matçın da favoriti avstriyalılar sayılırlar. Amma F qrupunda yalnız Portuqaliya millisinə məğlub olan Türkiyə seçməsi də Almaniyaya turist qismində yollanmayıb. Komandalar indiyədək ümumilikdə 14 dəfə qarşılaşıblar. Bunlardan yeddisində Türkiyə millisi, altısında isə Avstriya seçməsi qalib gəlib. Bir dəfə isə qolsuz heç-heçə qeydə alınıb. Rəqiblər bu görüşə itkilərlə çıxacaqlar. Avstriyalılardan Trauner zədə, Uimmer isə cəza səbəbindən görüşü buraxacaq. Türkiyə millisindən isə Samet Akaydın və Hakan Çalhanoğlu cəzalı olduğundan Vinçenzo Montellanın ixtiyarında olmayacaqlar. Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək görüşü portuqaliyalı hakimlər briqadasından Artur Suares idarə edəcək.

2 iyul

1/8 final mərhələsi

Rumıniya - Niderland


Saat 20:00, "Allianz Arena"

Avstriya - Türkiyə

Saat 23:00, "Red Bull Arena"

Son xəbərlər