Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Mərkəzi İncəsənət Məktəbində yoxlama: Dərs saatını müəllimlərə pulla satan direktor işdən qovuldu

06.07.2024 13:49 1 593
Mərkəzi İncəsənət Məktəbində yoxlama: Dərs saatını müəllimlərə pulla satan direktor işdən qovuldu
Bir müddət əvvəl daxil olan məlumat əsasında Mədəniyyət Nazirliyi tərəfindən Mərkəzi İncəsənət Məktəbində yoxlama aparılıb.

APA-nın əldə etdiyi məlumata görə, araşdırma nəticəsində məktəbdə rəhbərlik tərəfindən tədrisin təşkili ilə bağlı ciddi nöqsanların olması, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinin pozulması halları aşkar edilib.

Məlum olub ki, hər tədris ilinin əvvəlində məktəbin direktoru Əziz Yaşar oğlu Qarayusifli tərəfindən müəssisədə çalışan müəllim heyətinə dərs yükü pul qarşılığında verilib, yaxud həmin verilən dərs yükünün müəyyən bir hissəsinə aid olan maliyyə vəsaiti mənimsənilib.

Əziz Qarayusifli işində yol verdiyi ciddi qanun pozuntularına görə tutduğu vəzifədən azad edilib.

Təhsil ocağındakı qanun pozuntuları ilə bağlı materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Qabil qızı Hüseynova Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru təyin edilib.скачать dle 11.3
Mojo.az Banner