Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Mütəxəssis: Vətəndaş həkimdən elektron resept tələb edə bilər

04.07.2024 20:03 1 344
Mütəxəssis: Vətəndaş həkimdən elektron resept tələb edə bilər
Vətəndaş kağız üzərində yazılan resept əvəzinə həkimdən elektron resept tələb edə bilər.

Bu sözləri Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin Elektron səhiyyənin standartları və təsnifatlarının nəşriyyatı bölməsinin mütəxəssisi Sevinc Məhərrəmova “Sağlam radio”da yayımlanan “Sağlam həyat” verilişində deyib.

Onun sözlərinə görə, elektron resept sistemi dövlətin tapşırığı ilə tətbiq edilib və hər bir vətəndaş müalicəni təyin edən həkimdən Elektron Resept yazılmasını tələb etməli, həkimlər isə Elektron Resept Sistemini tətbiq etməyə təşəbbüs göstərməlidir.

“Həkimlər elektron resept yazmaqdan imtina etdiyi təqdirdə və yaxud apteklər elektron reseptlə dərman buraxmaqdan imtina etdiyi təqdirdə, vətəndaşlara Səhiyyənin İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar Xətt” nömrələri ilə (+994 12 431 38 28; +994 55 531 38 28 (“WhatsApp”)) əlaqə saxlamağı tövsiyə edirik”- o qeyd edib.

Mütəxəssis onu da bildirib ki, e-resept əhaliyə keyfiyyətsiz və vaxtı ötən dərman preparatlarının satışının qarşısını alır, şəffaf qiymətləndirmə ilə yanaşı, onların istehlakçı hüquqlarının qorunmasına xidmət edir.

“Rəqəmsal reseptə yalnız dövlət qeydiyyatından keçən və Tarif Şurası tərəfindən təsdiqlənən dərmanlar daxildir. Bioloji fəal maddələrin təyini rəqəmsal reseptə daxil deyil. Rəqəmsal resept sistemin yaddaşında saxlanılır. Bu da gələcək həkim müayinələri zamanı həkimlər tərəfindən daha öncə yazılan reseptləri görmək imkanı yaradır”, - S.Məhərrəmova vurğulayıb.
//report

Son xəbərlər