Mojo.az Banner
19:47 Sabah yağış yağacaq  |     19:39 Bakıdakı bu evlər söküləcək - VİDEO  |     19:34 Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq öldü  |     19:25 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib  |     19:20 Payızda saç tökülməsi niyə artır? - Trixoloq açıqladı  |     19:14 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI  |     19:14 18 yaşlı tələbə qızın meyiti soyuducuda tapıldı  |     19:07 Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır  |     18:58 Mal əti niyə bahalaşır? - Video  |     18:50 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA  |     18:48 11 milyardı götürüb Dubaya qaçdılar - İddia  |     18:41 Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı  |     18:34 Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq  |     18:09 Keçmiş hərbi pilot VƏFAT ETDİ - FOTO  |     17:24 Uşaqlarda qızdırmalı xəstəliklər artır: Valideynlər nəyə diqqət etməlidir?  |     17:17 Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ  |     17:17 Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI  |     16:54 "Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI  |     16:52 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - FOTO  |     16:28 Azərbaycanda zəlzələ oldu - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

"Şərur" MTK-da liftin qırılmasından sonra sakinlər yenidən narazılıq ETDİLƏR

03.07.2024 16:26 894
"Şərur" MTK yaşayış kompleksində baş verən lift qəzasından sonra kompleksdəki bütün liftlərdə təmir işlərinə hazırlıqlar başlayıb.

Bu barədə Musavat.com-a məlumat verən sakinlər bildiriblər ki, kompleksdəki liftlərin texniki durumundan olduqca narahatdırlar.

Zərərçəkənin sözlərinə görə, hadisə baş verən gün ailə üzvləri ilə bərabər həmin binadakı qızının evinə qonaq gedib:

"Axşam 10 radələrində mənzildən çıxıb daha çox sərnişin tutumu olan liftə mindik. Qızımın mənzili 15-ci mərtəbədə yerləşir. Biz liftə 7 nəfər minmişdik. İki azyaşlı nəvəm, kürəkənim, həyat yoldaşım və digər iki xanım qohum bizimlə idi. Lift 7-ci mərtəbəyə çatanda qəfil sürətini artırdı və yerə çırpıldı. Bir anda lifti toz-duman bürüdü. Hər birimiz olduqca dəhşətli ağrılar içində kömək çağırırdıq. Liftin sürətlə yerə çırpılmasından hamımızın ayaqları sınıb, onurğa və qabırğalarımızda sınıqlar var. Olduqca ağır durumdayıq. Hər birimiz əməliyyat olunmuşuq. Bu günə qədər də bədənimizdə ağrılar var. Bankdan 50 min manat kredit götürüb xəstəxanalarda müalicəmizə xərcləmişik".

Nofəl Nağıyev bildirib ki, hadisədən sonra onlarla maraqlanan yoxdur:

"Mən baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət edirəm. Xahiş edirəm ki, ailəmizə qarşı "lift terroru" araşdırılsın və günahkarların cəzalandırılması təmin olunsun".

Belə ki, iyunun 13-də Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən kompleksdəki binalardan birinin lifti nasazlıq üzündən sürətlə aşağı meyillənib, şaxtanın özülünə çırpılıb, nəticədə bir ailənin 8 üzvü çoxsaylı ağır dərəcəli, açıq, qəlpəli sınıq xəsarətləri alıb. Yaralılardan ikisi azyaşlı, üçü qadın, iki nəfəri isə kişidir. Dəhşətli qəzadan bir gün sonra qəza baş verən binadakı liftin qarşısına "4 nəfərdən artıq minmək olmaz" elanı yapışdırılıb.

Lift problemi
Şərur MTKскачать dle 11.3
Mojo.az Banner