Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Azərbaycan polisi kifayət qədər peşəkar fəaliyyətə malikdir”

28.06.2024 22:25 858
“Azərbaycan polisi kifayət qədər peşəkar fəaliyyətə malikdir”
"Azərbaycan yerləşdiyi regionda və ətrafdakı dövlətlərlə müqayisə edildikdə kriminogen baxımdan ən sabit ölkədir”.

Median.Az
xəbər verir ki, bunu APA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib.

Müşfiq Ələsgərli deyib ki, bu sabitlik və təhlükəsizlik, bir tərəfdən, ölkənin siyasi rəhbərliyinin iradəsinə bağlıdırsa, digər tərəfdən, bu siyasəti icra edən təhlükəsizlik qurumlarının, o cümlədən polisin fəaliyyəti və peşəkarlığı ilə bağlıdır:

"Təkcə bu faktora əsaslanaraq demək olar ki, Azərbaycan polisi kifayət qədər peşəkar fəaliyyətə malikdir və ölkənin sabit saxlanılmasında, təhlükəsizliyin təmin olunmasında yüksək şəkildə fəaliyyət göstərə bilir. Belə bir peşəkarlığı şübhəyə almaq, hansısa fərqli istiqamətlərlə neqativləri qabartmaq cəhdləri, əlbəttə, iflasa uğramış olur”.
O qeyd edib ki, Azərbaycan polisi həm də vətənpərvərdir:

"Biz onları nəinki gündəlik asayişin qorunmasında, həm də Azərbaycanın ərazi bütövlüyünün qorunmasına fədakar şəkildə xidmət göstərdiyinin şahidi olmuşuq. Azərbaycan polisinin vətənpərvərliyini şübhəyə almaq proseslərə qəsdən qərəzli şəkildə neqativ don geyindirməyin bir əlamətidir. Çox təəssüf ki, polisin ləkələnməsi cəhdlərində bəzən xəbər istehsalçılarının da rolunu görürük. Xüsusilə Şüvəlanda baş verən hadisədən sonra bu kimi halların şahidi olduq. Bəzi xəbər istehsalçıları qondarma və sensasion informasiyalar yaymaqla, guya ki məxfi və bilinməyən, amma əslində kökü olmayan xəbərlərlə auditoriya qazanmaq istəyirlər. Hansı ki bu cür hallar həmişə olub və indi də olmaqdadır. Çox təəssüf ki, indiki prosesin içində təkcə sensasiya üçün deyil düşünülmüş formada Azərbaycandakı sabitliyin və Azərbaycan polisinin kölgəyə alınması istiqamətində kampaniya aparılır. Bütün bunlar, əlbəttə, yolverilməzdir. Regionda sabitliyi pozmaq istəyən bəzi qüvvələrin bu cür kampaniyalara rəvac verdiyini görürük. Təklif edirik ki, bu cür situasiyalarda Azərbaycandakı xəbər istehsalçıları mümkün qədər ehtiyatlı və vətənpərvərlik rolundan çıxış etsinlər. Rəsmi əsası olmayan, təsdiqlənməmiş faktların yayılmasından çəkinsinlər. Bu bir tərəfdən Azərbaycan xəbər istehsalçılarının vətənpərvərlik roludursa, digər tərəfdən isə onlar üçün vacib olan etik davranış kodeksinin tələbidir. Hansı ki Azərbaycan jurnalistlərinin etik davranış kodeksinin 3-cü maddəsinin 3-cü prinsipində bu məsələlərə kifayət qədər toxunulur. Orada jurnalistin əsas olmadan terror, kriminal və bu kimi hallarda sensasiya xatirinə material yaymaqdan çəkinməli olduğu və zorakılıq yaradan təbliğata yer ayırmamalı olduğu qeyd olunur. Yekun olaraq bir daha bildirim ki, bizim xəbər istehsalçıları peşəkar davranmalı, media haqqında qanunun tələblərinə, etik davranış kodeksinin prinsiplərinə əməl etməlidirlər. Neqativ, əsası olmayan materialların yayılmasından çəkinməli, ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrin əlinə əsas verməməli, əksinə bu cür çirkin kampaniyalara qarşı mübarizə aparmalıdırlar”.


скачать dle 11.3
Mojo.az Banner