Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı | 13:57 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO | 13:48 Qazaxda iki gənc bir-birini bıçaqlayıb - Təfərrüat (Yenilənib) | 13:40 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb | 13:36 Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli şəxs həbs edildi | 13:26 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib - Foto | 13:24 Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək | 13:11 Sabah Bakıda intensiv yağış yağacaq - 08.11.2026 | 23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu |
Mojo.az Avto
Mojo.az Avto

Xorvatiya millisinin baş məşqçisi Səudiyyə Ərəbistanı klubundan 20 milyonluq təklif alıb

28.06.2024 19:54 996
Xorvatiya millisinin baş məşqçisi Səudiyyə Ərəbistanı klubundan 20 milyonluq təklif alıb
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan təklif alıb.

"Report" "Večernji list"ə istinadən xəbər verir ki, mütəxəssisə illik 20 milyon avro təklif olunub.

Ancaq tərəflər hələlik danışıqlara başlamayıb. “Əl-İttihad” klubu mövsüm ərzində 24 milyon dollar qazanan hazırkı baş məşqçi Marselo Qalyardo ilə müqaviləni ləğv edəcək.

Qeyd edək ki, Z.Daliçin rəhbərlik etdiyi Xorvatiya millisi Almaniyada təşkil olunan Avropa çempionatında mübarizəni dayandırıb. Buna baxmayaraq, məşqçi 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər vəzifəsində qalmaqda qərarlıdır. Xorvatiya Futbol Federasiyasının prezidenti Maryan Kustiç də Z.Daliçlə razılığa gəldiklərini təsdiqləyib.

Son xəbərlər