Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:27 Ceki Çan qayıdır: "Pik saatı 4" filmi uzun danışıqlardan sonra təsdiqləndi | 12:23 HPV peyvəndinin Azərbaycanda tətbiqi gözlənilir: Tanınmış həkim DANIŞDI | 12:21 Əsginasın həqiqi olub-olmadığını necə yoxlamaq olar? | 12:13 Minimum əməkhaqqı 700 manat ola bilər? – AÇIQLAMA | 12:08 İlham Əliyev Monteneqronun baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib | 12:04 Atasının qətlini sifariş verən şəxs və tanışları yenidən məhkəmə qarşısında | 12:02 Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" | 11:58 Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb | 11:57 Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib | 11:56 Bakıda quraşdırılacaq yeni işıqforların hərəkət qaydaları açıqlandı | 11:36 Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı | 11:28 Bakıda "Prius" 27 yaşlı kişini vurub öldürdü | 11:18 DSX-nin hərbi qulluqçusu vəfat etdi - Səbəb | 22:59 Binəqədidə ikimərtəbəli ev yanıb | 22:50 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdi - FOTO | 22:43 Şəmkirdə parçalanmış kişi meyiti tapıldı | 22:35 Bu ərazilərdə su olmayacaq | 22:27 Qışda D vitamini çatışmazlığının qarşısını alan 3 əsas qida | 22:20 “Barselona” Bakıya gəldi | 22:11 Sabah bəzi ərazilərdə qaz kəsiləcək |
Mojo.az Avto
Mojo.az Avto

Dağıstanda terror aktları törədən dəstənin başçısının kimliyi məlum oldu

28.06.2024 11:29 1 452
Dağıstanda terror aktları törədən dəstənin başçısının kimliyi məlum oldu
Dağıstan ərazisində terror aktları törətmək üçün təşkil olunmuş cinayətkar dəstəni Serqokalinsk rayonunun keçmiş rəhbəri Maqomed Omarovun oğlu yaradıb.

Bu barədə Dağıstan Ali Məhkəməsi məlumat yayıb.

Bildirilib ki, yaraqlıların həbs olunan şəriki M.Omarovun yaratdığı qrupa qoşulub, bundan sonra isə cinayətkar qrupun üzvləri respublika ərazisində terror aktları törətməyə hazırlaşıblar.

Xatırladaq ki, iyunun 23-də keçmiş məmur Maqomed Omarovun oğulları da daxil olmaqla silahlı terrorçular Dağıstanın Dərbənd şəhərində sinaqoq və pravoslav kilsəsinə hücum ediblər. Bundan əlavə, cinayətkarlar Mahaçqalada yol polisi postunu atəşə tutublar.

Bundan əvvəl Omarov Serqokalinsk rayonunun rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Dindirmə zamanı o, oğullarının radikal ideyalara bağlılığından xəbərdar olduğunu etiraf edib.

Mənbə: RİA Novosti

Son xəbərlər