Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlıdan rüşvət alan polis həbs olundu

25.06.2024 22:01 1 047
Azərbaycanlıdan rüşvət alan polis həbs olundu
Sankt-Peteburq şəhərinin Puşkinski rayon Məhkəməsi xüsusilə külli miqdarda rüşvət almaqda təqsirləndirilən Dmitri Smirnovu avqustun 20-dək həbs edib.

Aprelin 25-də Daxili İşlər Nazirliyinin Puşkinski rayonu üzrə 4-cü polis idarəsinin əməliyyat müvəkkili “Volvo” markalı yük maşınının azərbaycanlı sahibindən saxta siqaretlərlə rüşvət kimi azı 10 milyon rubl (təxminən 193 min manat) tələb edib. Bunun müqabilində cinayət axtarışının əməkdaşı həmin şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 171.1-ci maddəsi (markalanmadan malların daşınması və satışı) ilə cinayət işi qaldırmayacağına söz verib.

İstintaq versiyasında qeyd olunur ki, pul təkcə Smirnova deyil, həm də “işçilər arasından naməlum şəxslər dairəsinə” getməli imiş. Kişi razılaşdıqdan sonra polis şöbəsindən buraxılıb. 25 min dollar məbləğində rüşvətin köçürülməsi 4-cü polis idarəsinin yanında xarici avtomobildə baş verib. Polis iyunun 21-də saxlanılıb və həmin gün ittiham irəli sürülüb.

Yükün azərbaycanlı sahibi fidyə üçün lazım olan məbləği həmyerlilərindən borc alıb, lakin onu dərhal qaytara bilməyib. Xüsusən də qaçaqmalçılıq yolu ilə gətirilən tütün yük maşını ilə birgə yoxa çıxıb. İyunun 18-də bir qrup həmyerlisi onunla Moskva rayonunda kafedə qarşılaşıb və döyməyə başlayıb. Onlar polis tərəfindən saxlanılıb.

Dmitri Smirnov və vəkili həbsə etiraz edərək ev dustaqlığı və ya müəyyən hərəkətlərə qadağa qoyulmasını istəyiblər, lakin tələbi rədd edib.
//lent.az
скачать dle 11.3
Mojo.az Banner