Mojo.az Banner
18:10 Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alacaq  |     17:57 İranla sərhəddə əməliyyat: 35 kiloqram narkotik aşkarlandı  |     17:47 Gürcüstanla sərhəddə əməliyyat: 6 əcnəbi saxlanıldı - Foto  |     17:34 Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var  |     17:10 Manatın gələcək məzənnəsi ilə bağlı proqnoz  |     17:08 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi  |     16:33 Hərbi xidmətə saqqalla yollanmaq istəyənlər bu qaydanı bilməlidir – Ekspert açıqladı  |     16:28 Qazaxıstanda narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən Navaiyə görə Rusiyadan NOTA  |     16:20 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu  |     16:16 İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub  |     16:11 Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq  |     16:08 Azərbaycanda bəzi həkimlərə rütbələr veriləcək  |     16:04 Fransa niyə yenidən Azərbaycanı hədəfə aldı? – TƏHLİL  |     15:35 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi  |     15:29 Bakı-Sumqayıt yolunda avtobusların şüşələrini sındıran yeniyetmələr müəyyən ediliblər  |     15:27 Məktəblərdə geyim qaydaları sərtləşməlidir? – Açıqlama  |     15:25 Bu ət məhsulunun da qiymətində artım olacaq – AÇIQLAMA  |     13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda dəhşətli qəza törədən sürücüyə hansı cəza verildi? - VİDEO

25.06.2024 18:46 708
Bakıda dəhşətli qəza törədən sürücüyə hansı cəza verildi? - VİDEO
Ötən il dekabrın 5-də Xətai rayonu, 8 Noyabr prospektində KIA markalı avtomobillə 1952-ci il təvəllüdlü Lyüdmila Aleksandrovna Əliyevanı vurub öldürən Dursunəli İsmayılovun məhkəməsi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə D.İsmayılov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona üç il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi və cəzasının bitməsindən sonra bir il altı ay sürücülük hüququnun məhdudlaşdırılması qeyd edilib.

Xatırladaq ki, hadisədən sonra DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) qəzanın görüntülərini yayıb. Videoda Dursunəli İsmayılovun idarə etdiyi avtomobilin piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu keçən qadını necə vurması əks olunub. Həmçinin sürücünün təyin edilmiş sürət həddini keçməsi müəyyən edilib.

Məhkəmə prosesində L.Əliyevanın ailəsi sürücüdən şikayətçi olmadığını bildirib.скачать dle 11.3



Mojo.az Banner