Mojo.az Banner
20:29 Sabunçuda qadın öldürüldü - Əri saxlanıldı  |     20:23 Sabah Bakıda yağış yağacaq  |     20:18 Azad edilmiş ərazilərdə daha 237 mina aşkarlandı  |     20:09 Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO  |     20:02 Yol polisi yük avtomobillərinin sürücülərinə çağırış etdi  |     19:56 Bakıda avtobuslarla sərnişindaşıma artıb  |     19:51 Göygöldə qanunsuz tikili sökülüb - VİDEO  |     19:43 Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu  |     19:38 Bərdədə avtomobil eşşək arabasına çırpıldı - Ölən var  |     19:30 Türkiyə Azərbaycan helikopterləri üçün yeni pulemyotlar verəcək  |     19:24 Bir qrup ukraynalı uşaq reabilitasiya keçmək üçün Azərbaycana gətirilib  |     19:15 13 yaşlı oğlan faciəli şəkildə öldü  |     19:10 Bakıda hazırda hansı yollarda sıxlıq var? - SİYAHI  |     19:03 Kolleclərin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI  |     17:06 İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN  |     16:54 Dünya təcrübəsi Azərbaycana gəlir – Bakı küçələri avtomobillərdən təmizlənəcək?  |     16:51 Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB  |     16:44 Kobaxidze: "Gürcüstan və Azərbaycan arasında heç bir gərginlik yoxdur"  |     16:28 Vüsal Şilderin qətli 10 000 manata icra olunub?  |     16:15 Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Müəllimənin öldüyü qəza ilə bağlı hökm oxundu

18.12.2023 18:55 1 491
Müəllimənin öldüyü qəza ilə bağlı hökm oxundu
Bu ilin fevralında Şəmkirdə ağır yol qəzası törətmiş 1989-cu il təvəllüdlü Mais Rəfiyevin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Şəmkir Rayon Məhkəməsində keçirilən prosesdə Mais Rəfiyev Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib.

Bildirilib ki, M.Rəfiyevin ehtiyatsızlığından onun idarə etdiyi “Mercedes-Benz ML 350” markalı avtomobil Şəmkir-Şiştəpə yolunda 1971-ci il təvəllüdlü Təranə Nağıyevanın sürdüyü “Nissan”la toqquşub. Nəticədə T.Nağıyeva vəfat edib. Onun avtomobilində olan iki xanım sərnişin xəsarət alıb. Həmçinin M.Rəfiyevin avtomobilindəki sərnişinlərdən Əfqanıstan vətəndaşı Abdulvahab Alabi xəstəxanaya yerləşdirilib.

Məhkəmənin hökmü ilə Mais Rəfiyev bir il sürücülük hüququndan məhrum edilməklə dörd il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.

Xatırladaq ki, qəzada ölən T.Nağıyeva və avtomobildə xəsarət alan qardaşı arvadı Şiştəpə kənd orta məktəbinin müəllimələri olublar.скачать dle 11.3
Mojo.az Banner