Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Hidrometeorologiya Xidmətindən vətəndaşlara hava məlumatları ilə bağlı ÇAĞIRIŞ

21.06.2024 12:13 1 212
Hidrometeorologiya Xidmətindən vətəndaşlara hava məlumatları ilə bağlı ÇAĞIRIŞ
İyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı sinoptiklər tərəfindən sarı, narıncı və qırmızı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, öncədən verilən sarı və narıncı xəbərdarlığa uyğun olaraq dünən ölkənin bir sıra bölgələrində güclü qərb küləyi əsib, leysan xarakterli yağış yağıb.

"Qazax-Gəncə, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Mərkəzi Aran, Balakən-Şəki, Dağlıq Şirvan, Lənkəran-Astara, Qarabağ və Şərqi Zəngəzur bölgəsində qeyri-sabit hava şəraitinin davam edəcəyi, iyunun 23-ü gündüzədək bir sıra yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir, yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

21-22 iyun tarixlərində gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı vətəndaşlardan artıq dərəcədə xahiş edirik ki, sinoptiklər tərəfindən verilən sarı, narıncı və qırmızı xəbərdarlıqlara diqqət yetirsinlər, hava məlumatlarına ciddi yanaşsınlar və ehtiyat tədbirlərini unutmasınlar".скачать dle 11.3
Mojo.az Banner