Mojo.az Banner
23:01 Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO  |     22:56 Universitetə qəbulda keçid balları qalxacaq - AÇIQLAMA  |     22:49 Xocavənddəki mina partlayışında yaralanan şəxsin vəziyyəti açıqlandı  |     22:44 Göyçayda minik avtomobili aşıb, üç nəfər xəsarət alıb  |     22:38 Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı  |     22:31 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və propan göndəriləcək  |     22:26 Semyon Slepakov qiyabi məhkum edildi: Cəzası açıqlandı  |     22:10 İnsanlar 100 yaşdan sonra niyə xərçəngə daha az tutulur? - Alimlər gözlənilməz cavab  |     22:04 Gəncədə boğularaq öldürülən qadının (Fotosu)  |     21:56 Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı sorğunun nəticələri açıqlandı  |     21:50 Terri Day­son vəfat edib  |     21:43 Azərbaycan millisi Andorra ilə qarşılaşacaq  |     21:36 Bakıda dəmiryolu stansiyasının yaxınlığında çürümüş meyit TAPILDI  |     21:27 Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO  |     21:18 Türkiyədə mədəndə uçqun baş verib, ölən və yaralananlar var  |     21:08 Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA  |     21:07 Heyvan satışı bazarının fəaliyyətinə icazə verildi - VİDEO  |     20:59 Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub  |     20:51 Krivoy Roqa dron hücumu: 6 ölü, 91 yaralı  |     20:48 Gəncədə 65 yaşlı kişi qətlə yetirildi  |    
Left Banner
Right Banner

İranda həbsxanada saxlanılan güneyli alim: Məni edam riski ilə zindanda tək buraxmısınız

20.06.2024 20:15 1 596
İranda həbsxanada saxlanılan güneyli alim: Məni edam riski ilə zindanda tək buraxmısınız
Məni edam riski ilə zindanda tək buraxmısınız.

Bunu İranın Evin zindanında həbsdə olan İran və İsveç vətəndaşı, güney azərbaycanlı alim Əhmədrza Cəlali İsveçin Baş naziri Olaf Kristersona fars dilində ünvanlandığı audiomüraciətdə bildirib.

O, müraciətində bu günlərdə (iyunun 14-də - red.) İranla İsveç arasında keçirilən məhbus mübadiləsində unudulduğu üçün İsveç hökumətini və onun başçısını tənqid edib: “Məndən üz döndərməyə qərar vermisiniz! Səkkiz il iki aydır saxlanıldığım, yəni ömrümün üç min gününü keçirdiyim Evin həbsxanasının qorxunc təkadamlıq kamerasından sizə müraciət edirəm. Məni edam təhlükəsi ilə üz-üzə qoyub ölüm hökmünün dəyişdirilməsi üçün mübarizə aparmadınız”.

Alimin sözlərinə görə, İran həbsxanasında saxlanılan İsveç vətəndaşı İohan Flodros İsveç-İran vətəndaşı Səid Əzizi Həmid Nuri ilə dəyişdirilib: “Fikrimcə, mənim İran həbsxanasında saxlanılmağım diskriminasiyadır”.

Həmid Nuri Gövhərdəşt həbsxanası prokurorunun keçmiş köməkçisidir. O, 1980-ci illərdə mindən çox siyasi məhbusun edamında iştirak etməkdə ittiham olunub.

Güney Azərbaycandan olan alim Əhmədrza Cəlali həkimdir. O, 2016-cı ildə Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər edib, 2017-ci ilin sentyabrında isə “İsrailə casusluq”da ittiham olunub. Onun barəsində edam hökmü çıxarılıb.
//report.azскачать dle 11.3
Mojo.az Banner