Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputat: Azərbaycanda işləyən vətəndaşların 65 faizinin əmək müqaviləsi yoxdur

13.06.2024 13:33 777
Deputat: Azərbaycanda işləyən vətəndaşların 65 faizinin əmək müqaviləsi yoxdur
Bu gün Azərbaycanda işləyən vətəndaşların 65 %-nin əmək müqaviləsi yoxdur.

Median.Az 
Report-a istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iyunun 13-də keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir: “Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Amma əmək müqavilələrinin sayı 1 milyon 749 mindir. Bu da o deməkdir ki, bu gün çalışan vətəndaşların cəmi 35,6 %-i əmək müqaviləsi ilə çalışır. Eyni zamanda bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 65 %-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 65-i müqavilə olmadan işləyir”.

“Rəsmi statistika onu göstərir ki, əmək bazarında müqavilə baxımından münasibətlərin leqallaşdırılması vacibdir. Muzdlu işçilərin sayının artması, əmək müqaviləsi ilə vətəndaşların işə cəlb edilməsinə ehtiyac var. Bu da həmin şəxslərin əmək hüquqlarının qorunması baxımından, eləcə də dövlət büdcəsinə daxilolmaların artması və münasibətlərin leqallaşdırılması baxımından önəmlidir”, - V.Bayramov əlavə edib.

Deputat onu da bildirib ki, bu gün inkişaf etmiş ölkələrdə elektron dövlət xidmətləri vətəndaşa pulsuz təqdim olunur:

"Vətəndaş elektron dövlət xidmətindən pulsuz olaraq istifadə etməlidir. Hətta xaricdə tətbiqlər (application) internetsiz “offline” rejimdə çalışır. Vətəndaş internet xərci ödəmədən dövlət xidmətinə çıxış əldə etməlidir".

Onun sözlərinə görə, elektron imza xərcdir və bunun xərci son illər artıb:

“Əslində əmək müqavilələrini elektronlaşdırmaqla elektron imzaya məcbur edirik. Elektron imzanın məcbur edilməsi xüsusən də aqrar sektorda çalışan 38 % insanımız üçün əlavə xərc yaradır. Sualım bundan ibarətdir ki, ümumiyyətlə elektron əmək müqavilələrin “offline” rejimdə işləməsi, elektron imzanın əvəzlənməsi nəzərdə tutulubmu? Əgər əvəzlənmə olmayacaqsa elektron imzanın xərclərinin azaldılması ilə bağlı müzakirələr gedirmi?”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev isə bildirib ki, nazirliyin vətəndaşlara təqdim etdiyi bütün xidmətlər ödənişsizdir:

"Elektron platformalardan istifadə üçün də ödəniş yoxdur. Əmək müqavilələrinin lektron əmək müqaviləsinə keçidi layihəsi çərçivəsində vətəndaşlar üçün hər hansı xərcin təyin edilməsi nəzərdə tutulmayıb. Bu çərçivədə elektron imzanı alacaqlarsa, onun üçün hər hansı ödəniş edilməyəcək. Burada vətəndaşa münasibətdə hər hansı əlavə maliyyə öhdəliyi yaratmaq fikrimiz yoxdur.скачать dle 11.3
Mojo.az Banner