Mojo.az Banner
22:58 Məhərrəmlik başa çatdı - Toylar başladı  |     22:56 Bu bürclər iş təklifi alacaq  |     22:51 Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA  |     22:42 Nardaranda BƏDBƏXT HADİSƏ: Uşağın ayağı su nasosunda qaldı  |     22:37 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     22:31 60 yaşdan sonra bu əlamətlərə diqqət yetirin: Nəfəs darlığı, ayaqlarda şişkinlik...  |     22:26 Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? (RƏSMİ)  |     22:18 Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi  |     22:10 “iPhone 18”-in təqdimat tarixi dəyişir  |     22:02 İsti havalarda ehtiyatlı olun!  |     21:57 Tramp administrasiyası 400 milyon dollarlıq Ağ Ev layihəsi üçün Ali Məhkəməyə üz tutdu  |     21:47 FHN Azərbaycanda baş verən zəlzələ ilə bağlı MƏLUMAT YAYDI  |     21:40 Peşə təhsili müəssisələrinə qəbulun cavabları açıqlandı  |     21:35 Qubada zəlzələ oldu  |     21:26 Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı açıqlandı  |     21:21 Daha bir qatar relsdən çıxdı - Son sutkada ikinci hadisə  |     21:15 Premyer Liqada yeni mövsümün ilk qolu vuruldu  |     21:09 “Az qaldı uşağımı sel apara, niyə kömək etmirlər?” - Video  |     20:59 Bakıda 34 yaşlı kişi küçədə öldü  |     20:54 Bakıda axund cərimələndi - Səbəb  |    
Left Banner
Right Banner

Keçmiş məhkum masaj edən qadına saxta pul verdi, bıçaqla hədələdi - AĞIR CƏZA

07.06.2024 13:51 855
Keçmiş məhkum masaj edən qadına saxta pul verdi, bıçaqla hədələdi - AĞIR CƏZA
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rauf Bayramovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Rauf Bayramov 19 yanvar 2024-cü il tarixdə, saat 23 radələrində saytlardan birində yerləşdirilmiş "Masaj xidməti" adlı elanla əlaqədar zərərçəkmiş Maya Quliyevanın (şərti) mobil nömrəsinə zəng vuraraq ünvanı dəqiqləşdirib, sonra qadının yaşadığı Bakı şəhəri, Nəsimi rayonu ərazisində gedib. O, masaj xidmətindən istifadə müqabilində zərərçəkmiş şəxsə təqdim etdiyi, üzərində etibarsız yazısı olan 100 manatlıq kağız əsginasın əvəzində qadının qalıq olaraq ona qaytardığı 50 manat pulu götürüb. İlkin masaj prosedurunu başa çatdırdıqdan sonra Rauf təkrarən masaj olunmaq istəyini bildirib, növbəti dəfə üzərində etibarsız yazısı olan 100 manatlıq pul əsginasını Mayaya təqdim edib. Zərərçəkmiş şəxs isə pulun həqiqi olmadığını başa düşüb verdiyi 50 manatı ondan geri qaytarmasını tələb edib. Rauf isə həmin pulu qadına qaytarmayıb. Bundan sonra zərərçəkmiş şəxs ona mənzili tərk etməsi və buna əməl etməyəcəyi təqdirdə "102" xidmətinə məlumat verəcəyini söyləyib. Bu zaman Rauf üzərindəki ov bıçağını çıxarıb Mayanın üzərinə hücum edib. O, bıçağın arxa hissəsi ilə qadının qarın nahiyəsindən vurub onun əlində saxladığı 50 manat pulu, qonaq otağındakı pianonun üzərində olan 160 manat pulu və zərərçəkmiş şəxsə məxsus 80 manat dəyərində "Samsung" markalı telefonu ələ keçirərək hadisə yerindən uzaqlaşıb.

Hadisədən sonra Rauf Bayramov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Rauf Bayramov 2012-ci ildə quldurluq əməli törətdiyi üçün həbs edilib və Xətai Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərarı ilə 1 il 1 ay 3 gün vaxtından əvvəl cəzadan şərti azad olunub.скачать dle 11.3
Mojo.az Banner