Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:35 Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib | 17:34 Sənədsiz evlərə çıxarış veriləcək? - AÇIQLAMA | 17:14 Azərbaycanda gənc aktrisa vəfat edib | 17:06 İslam Rzayev və Azad Balayevin məhkəməsi başlayır | 17:00 Rusiyada internet kəsilib | 16:44 Məzuniyyətlə bağlı qaydalar dəyişir | 16:36 Milli Məclis yaşayış minimumunun artmasına razılıq verdi | 16:26 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı qanunda dəyişikliklər edildi | 16:04 Mərkəzi Bankın səlahiyyətləri artırıldı | 15:51 Prezident Özbəkistanla iki sənədi təsdiqlədi | 15:46 Gürcüstanlı nazir xüsusi nümayəndə heyəti ilə Bakıya gəlib | 15:40 Azərbaycandan Rusiyaya saxta sənədlərlə ehtiyat hissələri keçirmək istədilər | 15:34 Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək | 15:24 Tanınmış şairə Sumqayıtda binadan yıxıldı - FOTO | 15:14 Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək | 15:09 17 noyabr hadisələri Azərbaycan xalqının milli mübarizə tarixində silinməz iz qoyub – Deputat | 15:06 Rəşid Mahmudovun evində partlayış baş verib? | 14:23 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" | 14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR | 14:07 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik cinayətdə detallar |
Mojo.az Avto
Mojo.az Avto

Xankəndiyə göndərilən rektorun vəzifələrini o icra edəcək

04.06.2024 21:49 882
Xankəndiyə göndərilən rektorun vəzifələrini o icra edəcək
 Mingəçevir Dövlət Universitetinə (MDU) yeni prorektor təyin olunub.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən Üzeyir Ələmşah oğlu Zeynalov MDU-nun tədris məsələləri üzrə prorektoru vəzifəsinə gətirilib.

Nazir E.Əmrullayevin digər əmrinə əsasən, Ü.Zeynalov MDU rektorunun vəzifəsini müvəqqəti icra edən təyin olunub.

Qeyd edək ki, Üzeyir Zeynalov əmək fəaliyyətinə Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialında metodist, müəllim olaraq başlayıb. Sonra həmin filialın Tədris şöbəsinin müdiri, MDU-nun Tədris hissəsinin müdir müavini, Karyera Mərkəzinin direktoru, Tədris şöbəsinin müdir müavini, hazırkı təyinata qədər isə Tədris şöbəsinin müdiri vəzifələrində çalışıb.

Xatırladaq ki, bir neçə gün öncə sözügedən təhsil ocağının rektoru Şahin Bayramov vəzifəsindən azad olunaraq Xankəndidə yerləşən Qarabağ Universitetinə rəhbərktor göndərilib.

Son xəbərlər