Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Tədris digər dillərdə aparılan I siniflərə qəbul üçün müsahibələr yekunlaşıb

30.05.2024 21:08 1 212
Tədris digər dillərdə aparılan I siniflərə qəbul üçün müsahibələr yekunlaşıb
30 may 2024-cü il tarixində dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr yekunlaşıb.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Övladının müsahibədəki nəticəsindən narazı qalan valideynlər 3 iyun 2024-cü il tarixinə qədər mektebeqebul.edu.az saytının əlaqə bölməsində "Apellyasiya Komissiyasına müraciət" hissəsini seçərək müraciət edə bilərlər.

Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və müsahibədə uğur qazanan uşaqlar sistem tərəfindən avtomatik olaraq 1-ci sinfə yerləşdiriləcəklər. Məktəbəhazırlıq qruplarında təhsil almayan və müsahibədə uğur qazanan uşaqlar üçün həmin bölmə üzrə məktəb və müəllim seçimi isə 12 iyun 2024-cü il tarixində saat 11:00-dan etibarən başlayacaq.

Qeyd edək ki, 12 iyun tarixindən 12 iyul tarixinə qədər Abşeron rayonu, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən bir sıra ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan bölmələri üzrə yalnız üstünlük hüququ əsasında qəbul aparılacaq. 12 iyul 2024-cü il tarixindən 13 sentyabr tarixinə qədər isə sərbəst (prioritetsiz) seçim mümkün olacaq. Valideynlər üstünlük hüququ tətbiq edilən müəssisələrin siyahısı ilə mektebeqebul.edu.az saytında tanış ola bilərlər.скачать dle 11.3
Mojo.az Banner