Mojo.az Banner
20:22 Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - SİYAHI  |     20:14 İran vətəndaşından satmaq üçün narkotik alan şəxslər tutuldu  |     20:08 Gömrükdə malların saxlanılması ilə bağlı yeni qaydalar qüvvəyə mindi  |     19:55 Sabah 33° isti olacaq  |     19:48 Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı nə qədər önəmlidir?  |     19:43 Avqust ayında müşahidə olunan hava açıqlandı  |     19:37 Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı  |     19:30 600-dən yüksək bal toplayan bacılar eyni universiteti seçdilər  |     19:25 Lavrov onu "fürer" adlandırdı  |     19:16 "Ermənistan ruslara viza tətbiq edərsə..." - Zaxarova  |     19:11 Salyanda ağır qəza - Beş nəfər xəsarət aldı  |     19:04 Bakıda bəzi marşrutların qiyməti artacaq  |     18:58 Şuşada turistlər qaya daşlarının üzərini yazıblar  |     18:43 "Zirə" kot-d'ivuarlı vinger transfer etdi - FOTO  |     18:35 Azərbaycanda kişi müəllimlərin sayı niyə azdır? - Dünya ilə MÜQAYİSƏ  |     18:33 Bakıda kəməri deşib neft oğurladılar, yanğın törətdilər - VİDEO  |     18:32 Yemək saatlarını dəyişmək ürəyə təsir edə bilər – ARAŞDIRMA  |     18:17 Qusarda təcili yardım avtomobili qəzaya uğradı  |     18:03 Sabah Şəkinin bəzi kəndlərində qaz kəsiləcək  |     17:45 İran ABŞ-nin Küveyt və BƏƏ-dəki hərbi bazalarına zərbələr endirib  |    
Left Banner
Right Banner

Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib

29.05.2024 15:22 966
Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nausedaya təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Litva Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Litva əlaqələri xoş ənənələrə malikdir. Hazırda bir sıra sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün imkanlar vardır. İnanıram ki, mövcud potensialdan istifadə edərək xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin inkişafı, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, Litvanın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".скачать dle 11.3
Mojo.az Banner